Ramiz Mehdiyevin “kabinet-qərargah”ındakı gizli toplantılara kimlər nə üçün qatılıb? - İDDİA
Tarix: 29-06-2020, 08:14 | Çap et
Bu yaxınlarda “Ana Vətən” partiyasının sədri, MM-in deputatı Fəzail Ağamalının Ramiz Mehdiyevlə bağlı qələmə aldığı məşhur yazısını, yəqin ki, xatırlayırsınız. Həmin yazısında sabiq “Boz kardinalı” 5-ci kolonun rəhbəri adlandıran deputat onu radikal müxalifəti hakimiyyətə qarşı qızışdırmaqda və demokratik islahatlara mane olmaqda günahlandırmışdı. Məqalədə ən çox diqqəti cəlb edən eyhamlı bir cümlə də vardı: “Hələ də uzun illərdən bəri bitib-tükənməyən hikkə və ambisiyalarından əl çəkməyən, davamlı və sistemli xarakter daşıyan islahatlara maneçilik törətməyə cəhdlər göstərən, yaratdığı şəbəkə vasitəsilə ən müxtəlif üsullarla təxribatlara ara verməyən və bu gün də əməllərindən əl çəkməyən, iş otağını qərargaha çevirən, sözünə baxmaq istəməyənlərə hədə-qorxu gələn, şantaj edən “ağsaqqal” yaşa dolduqca daha da aqressivləşir, kin-küdurət dolu düşüncə sahibinə çevrilir”. Cümlədəki “bu gün də əməllərindən əl çəkməyən, iş otağını qərargaha çevirən” qismdə konkret nədən bəhs olunduğu tam anlaşılmasa da, millət vəkilinin Ramiz Mehdiyevi gizli işlər planlaşdırmaqda və yeni kabinetini bu gizli fəaliyyətləri yürütmə qərargahına çevirməkdə ittiham etdiyi aydın sezilirdi. Ovqat.com millət vəkilinin bu sözləri deyərkən nəyi nəzərdə tutduğu barədə ciddi informasiya əldə edib. Məlumata görə, Fəzail Ağamalı havadan danışmırmış. AMEA-nın prezidenti həqiqətən də akademiyadakı kabinetini gizli toplantılar məkanına çeviribmiş. Onun həmin kabinetdə bir sıra vurulmuş iri məmurlarla gizli görüşlər keçirdiyinə dair xəbər var. Toplantıya qatılanlar arasında özüylə bərabər PA-dan qovulmuşlarla yanaşı, vəzifəsindən uzaqlaşdırılmış nazirlər də, iş adamları da alırmış. Xüsusilə keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun, iş adamı Hafiz Məmmədovun tez-tez Ramiz Mehdiyevin ziyarətinə gəldiyi və ondan bəzi təlimatlar aldığı xəbər verilir. İddialara görə, xaricdəki söyüş müxalifətinin maliyyələşdirilməsi də bu təlimatlardandır. Maraqlıdır ki, bənzər məlumat bundan əvvəl də mediaya sızdırılmışdı. Aprel ayında dərc olunan xəbərlərdə bildirilirdi ki, Ramiz Mehdiyevlə Ziya Məmmədov karantin rejimini Göyçayda bir yerdə keçirirlər. Ziya Məmmədovun qardaşı Elton Məmmədov o zaman mətbuatda gedən məlumatları təkzib etsə də, bu birlikdəlikdə hər hansı “qəmbərqulu” axtarmağın səbəbini anlamadığını bildirmişdi: “Əvvəla, bu xəbər yalandır. Digər tərəfdən isə axı Ziya Məmmədovla Ramiz Mehdiyevin harada dincəlməsinin mətbuata nə dəxli var? Kimsə təqaüdə çıxıb haradasa istirahət edirsə, bu, mətbuatı nə üçün maraqlandırmalıdır? Bu, insanların şəxsi həyatıdır”. Bizim əldə etdiyimiz məlumatlar “Ziya Məmmədovla Ramiz Mehdiyevin harada dincəlməsinin mətbuata dəxlinə” aydınlıq gətirəcək mahiyyətdədir. Bildirildiyinə görə, Ramiz Mehdiyevin bu cür fəallaşmasının səbəbi heç də fərdi hakimiyyət davasından da irəli gəlmir. Azərbaycan hakimiyyətinin indiyədək reallaşdığı neft və qaz kəmərləri vasitəsilə Avropa Birliyinə iqtisadi inteqrasiya xətti tutması, dolayısıyla Rusiyanın “qoca qitənin” enerji inhisarçılığına qarşı həyata keçirilən layihələrdə iştirak etməsi Moskvada qəzəbinə qarşılanıb. Kreml Rusiyanın enerji siyasətinə qarşı layihələrdə yer alan rəsmi Bakını cəzalandırmağa qərar verib. Bunu isə ölkədəki özünə bağlı qüvvələrin əliylə həyata keçirmək istəyir. Son zamanlar hakimiyyətdə aparılan bir sıra kadr dəyişikliklərinin əsas səbəbi də bununla izah olunur. İddia olunur ki, indiyədək balanslaşdırma siyasətilə xaricdən gələn təzyiqləri azaltmağa çalışan Azərbaycan rəhbərliyi artıq iki seçim qarşısındadır: o ya batmaqda olan Rusiya ilə eyni gəmidə oturmalı, ya da neft və qaz kəmərləriylə bağlandığı Qərb xəttini tutmalıdır. İlk variantda onu Azərbaycanın illik qazancının 80-90%-nin gəldiyi layihələri gözdən çıxarmaq, ikinci variantda isə Rusiyanın təzyiqləri gözləyir. Rusiyanın təzyiqi isə Azərbaycandakı “5-ci kolon”undan gələ bilər. Fəzail Ağamalının sözlərinə inansaq, həmin qüvvələrin başında Ramiz Mehdiyev dayanır: “Beləliklə, bir tərəfdən 5-ci kolonun aparıcı şəxsi kimi Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirir, başqa tərəfdən özünün “vacibliyini” və “təkrarolunmazlığını” nümayiş etdirir, mövqeyini gücləndirirdi”. İddialara görə, Qərbin enerji təhlükəsizliyinə qoşulmağı Azərbaycanın milli maraqlarına uyğun hesab edən rəsmi Bakı hakimiyyətdəki rusqafalıların mümkün təxribatçı əməllərini zərərsizləşdirmək üçün onlardan yaxa qurtarmağa qərar verib. Ramiz Mehdiyevin, Əli Həsənovun və ötən ildən başlayaraq, bir-bir hakimiyyətdən uzaqlaşdırılan kadrların da bu məqsədlə çıxdaş olunduğu, yerlərinə isə Qərb ölkələrində təhsil alan gənclərin gətirildiyi bildirilir. Məqsəd həm də tədricən texnokratik hakimiyyət qurub Azərbaycanı yeni iqtisadi mərhələyə keçirməkdir. Bu isə Rusiya ilə yanaşı, sovet hakimiyyətindən qalma beyni kifli məmurları da narahat edir və onları Moskvadan gələcək əmrlərə amadə vəziyyətə gətirir. Ramiz Mehdiyevin öz kabinetini, Fəzail Ağamalının təbirilə desək, “qərargaha çevirməsi” bu mənada təsadüfi görünmür. Qeyd edək ki, yalnız Azərbaycanda deyil, keçmiş SSRİ-nin orbitində olan Şərqi Avropada yaşanan bir sıra hadisələr də bu məlumatı təsdiqləyir. Sirr deyil ki, Polşadan tutmuş Bolqarıstana, vaxtilə eyni ittifaqda yer aldığımız Baltikyanı olkələrə, Ukraynaya qədər Şərqi Avropada da Qərbə meyllənmə prosesi gedir. Hətta Rusiyanın bu zamana qədər strateji müttəfiqi sayılan Belarus belə, Moskvayla siyasi-iqtisadi əlaqələrini yumşaldır, sönən ulduzun cazibəsindən uzaqlaşaraq, özünə yeni orbit axtarır. Belə bir şəraitdə ən yaxın strateji müttəfiqlərinin belə, üz döndərdiyi Rusiya ilə eyni gəmidə yer almaq Azərbaycanın yenidən qarşısıalınmaz proseslərin yedəyində sürüklənməsinə yol aça bilər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25 |
|
|
|
|