Hesablama Palatası KİVDF-i niyə indi yoxlamağa başlayıb? - “Unudulan” haqq-hesab
Tarix: 11-06-2020, 09:10 | Çap et
10 iyun 2020-ci il tarixində Hesablama Palatasının müntəzəm olaraq keçirdiyi onlayn kollegiya iclasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) maliyyə auditinin nəticələri barədə hesabat müzakirə edildi. Sadə dildə desək, yoxlama Fondun vəzifəli şəxslərinin dövlət tenderləri haqqında qanunvericiliyin tələblərinə əməl etmədiklərini müəyyən edib. Bundan əlavə, vəsaitdən sui-istifadə, tikinti qaydalarının pozulması, mətbuata ayrılan vəsaitlərin paylanması zamanı qanunun tələblərinin pozulması və s. faktlar aşkarlanıb. Bunları əsas tutan Hesablama Palatası yoxlamanın nəticəsi ilə əlaqədar materialların Baş Prokurorluğa göndərilməsi barədə qərar qəbul edib. Xatırladaq ki, hələ 2019-cu ilin dekabrında və 2020-ci ilin aprel-may aylarında saytımızda KİVDF rəhbərliyinin maliyyə fırıldaqlarını ifşa edən bir sıra yazılar dərc edilmışdi. Ancaq nədənsə, Hesablama Palatası o zaman bu materiallara əhəmiyyət vermədi və Fondun fəaliyyətini yoxlamadı. Bəs, mövcud yoxlamaya nə səbəb oldu? Bu məsələ ilə bağlı Hesablama Palatasının mətbuat xidmətinin rəhbəri Nazilə Qazıyevanın AYNA-ya dediyinə görə, Palata bütün dövlət strukturlarını yoxlamaq səlahiyyətinə malikdir: “Biz, hətta fəaliyyətlərində dövlət payının cəmi 10% olduğu qurumları da yoxlaya bilərik. Amma, adətən bu göstəricidən daha çox dövlət payına malik olan strukturlarda yoxlamalar keçiririk”. “Bu vaxta qədər Palata KİVDF-in fəaliyyətini heç zaman yoxlamayıb. Bu, ilk yoxlama idi”, - Qazıyeva bildirib. Eyni sualımıza KİVDF-in Müşahidə Şurasının keçmiş üzvü, hazırda Mətbuat Şurasının İdarə Heyətinin üzvü olan Müşfiq Ələsgərli fərqli cavab verdi. Dedi ki, Fondun indiyədək qədər yoxlanılmamasının səbəbi fəaliyyətindəki şəffaflıq da ola bilər. “Fond bütün xərcləri Maliyyə Nazirliyi və Satınalmalar üzrə Dövlət Agentliyi ilə razılaşdırırdı. Ola bilər ki, Fondun fəaliyyətindən bu günə qədər rəsmi şikayət olmadığı üçün yoxlamaların aparılmasına ehtiyac olmayıb”, - Ələsgərli vurğuladı. Məsələni AYNA-ya şərh edən “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevin ehtimalına görə, KİVDF-də bu günə qədər maliyyə yoxlamalarının aparılmamasının səbəbi onların vəsait dövriyyəsinin digər iri dövlət qurumlarına baxanda aşağı olması olub: “İndi yəqin ki, yeni rəhbərlik özü audit aparılması xahişi ilə Hesablama Palatasına müraciət edib”. Baş verənlər barədə KİVDF-in keçmiş icraçı direktoru Vüqar Səfərlinin də mövqeyini öyrənməyə cəhd etdi. Və cənab Səfərli sualımızı dinlədikdən sonra “Sağ olun”, - deyərək dəstəyi asdı. Qeyd edək ki, KİVDF Azərbaycan Prezidentinin keçmiş köməkçisi və Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin sabiq rəhbəri Əli Həsənovun nəzarətində olub. Fondun sabiq sədri Vüqar Səfərli də Həsənovun yaxın çevrəsinə daxil olan adamlardan biridir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25 |
|
|
|
|