"MADO"nun sahibi vətəndaşın haqqına girir... - "Mənim 20 evim var, hamısına qarovul çəkməliyəm?"
Tarix: 16-10-2018, 09:31 | Çap et
Artıq 10-15 ildir ki, vətəndaşlar tikinti şirkətlərinin dələduzluğu ilə qarşılaşırlar. Belə ki, bir mənzil bir neçə vətəndaşa satılır, nəticədə böyük problemlər yaranır. İş məhkəmə çəkişmələrinə qədər gedib çıxır. Sonradan məlum olur ki, şirkət rəhbəri, sən demə, hansısa dələduzluğuna görə həbsdə olub. Məhkəmələrin qərarı isə hakimin insafına qalır.
Raman Dəmirçiyev də 2016-cı ildə tikinti şirkətinin "qurbanı" olub. Sputnik Azərbaycan-a müraciət etmiş R.Dəmirçiyevin dediyinə görə, 2016-cı ildə Xətai rayonu Vəzirov küçəsi 11.5.5 ünvanında, "İdeal-İ İnşaat" MMC tərəfindən inşa edilən binanın 6-cı mərtəbəsində 4 otaqlı, 172.7 kvadratmetr olan 197 saylı mənzili alıb. Evi almaq üçün şirkətə 140 min manat ödəyib.
O, mənzili alandan dərhal sonra təmir etdirib: "Mənzili alanda şirkətin kompüter sisteminə, xüsusi sənədlərinə baxdıq, mənzil boş görünürdü. Hətta soruşdum ki, bu mənzil niyə boş görünür. Dedilər ki, rəhbərin özü üçün saxlanılmış mənzildir, indi ehtiyac var deyə satılır. Nə isə nağd pulumu verib, sənədləri aldım, mənzilə sahib olduğumu düşündüm. Və dərhal da təmirə başladım. Təmir müddətində bir dəfə də olsun, kimsə gəlib qapımı döymədi ki, "ev mənimdir"".
2016-cı ilin sonunda təmir başa çatıb və R.Dəmirçiyev ailəsi ilə birlikdə həmin mənzildə yaşamağa başlayıb. 2017-ci ilin qışında isə ona məhkəmədən mənzillə bağlı iddianın olması barədə bildiriş göndərilib: "Mənə deyildi ki, mənzilinizi sizdən öncə, Nərimanovda yerləşən "Mado" restoranının sahibi Ramiz Kazımov alıb. Öyrəndim ki, Ramiz Kazımovla bina sahibi arasında mənzillə bağlı məhkəmə çəkişməsi olub. Bina sahibi 2015-ci ildə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Ramiz Kazımovun müqaviləsini ləğv etdirib. Yəni bina mənə satılanda heç kimin olmayıb".
R.Dəmirçiyev sonradan R.Kazımovla görüşüb, problemi qarşılıq şəkildə həll etməyə çalışıb. Amma heç bir nəticəsi olmayıb: "Ona dedim ki, mənzili təmir etdirmişəm, iki il də yaşamışam, bu vaxta qədər hardaydın. Cavabı belə oldu ki, "mənim hüququm yox idi". Onu da deyim ki, Kazımov mənzilimi məndən əvvəl 100 min manata alsa da, bir il ərzində cəmi 66 min manat ödəniş edib. Sonra 9 il müddətində mənzili ilə maraqlanmayıb. Şirkət dəfələrlə şəxsə xəbərdarlıq edib, sonda müqavilə Sabunçu Rayon Məhkəməsində ləğv edilib".
"Daha sonra bina sahibi həbs edilib. O, həbsdə olduğu müddətdə Kazımov apelyasiya şikayəti verib və bina sahibinin iştirakı olmadan məhkəmə Kazımovun xeyrinə qərar çıxarıb. İş Xətai Rayon Məhkəməsində olanda mən xəbər tutdum, kassasiya şikayəti verdim. Onların xeyrinə çıxarılmış qərar ləğv edildi. Ona zəng etdim ki, məhkəmə sizin qərarı ləğv etdi. Mənə evin onun olduğunu və sona qədər mübarizə aparacağını bildirdi" – deyə şikayətçi qeyd edib.
Dəmirçiyevin sözlərinə görə, mənzili aldığı şirkətin rəhbərinin qardaşı R.Kazımova 3 otaqlı təmirli mənzil və ya verdiyi pulu indiki məzənnə ilə geri qaytarmağı təklif edib: "Amma o, mənim əzab-əziyyətlə aldığım, böyük həvəslə təmir etdirdiyim mənzilə sahib çıxmaq istəyir. Məhkəmənin iddiasında da qeyd edilib ki, Raman Dəmirçiyev evdən çıxarılsın. Hazırda iş yenidən məhkəmədədir, nəticəni gözləyirik".
Sputnik Azərbaycan-ın əməkdaşı məsələ ilə bağlı qarşı tərəflə — Ramiz Kazımovla əlaqə saxladıq. O, bizi vəkili Emil Qurbanova yönləndirdi.
Emil Qurbanov isə bildirdi ki, mənzili birinci onlar aldığı üçün mənzil R.Kazımova məxsusdur: "Biz pul verib, mənzil almışıq, ilkin alıcı bizik. Şirkətin sahibi həbs edilib. Bizim müqaviləmiz ola-ola mənzil Dəmirçiyev Romana satılıb. Gəlib görmüşük ki, evdə yaşayış var. Biz də məhkəməyə vermişik".
E.Qurbanov mənzilin satış qiymətinin R.Kazımov tərəfindən tam ödənilməməsinə isə belə aydınlıq gətirdi: "Biz görürdük ki, bina asta tikilir, pulu yavaş-yavaş ödəyirdik. Ramanla müqavilə bağlanılan zaman, artıq bizim müqaviləmiz vardı və bu da məhkəmədə öz təsdiqini tapıb. Biz məhkəməyə Raman Dəmirçiyevi və şirkəti vermişik. Dəmirçiyevə qarşı evi boşaltması ilə bağlı iddia qaldırmışıq. Biz qanuni və prosessual haqqlarımızı tələb edirik".
Vəkil şirkət tərəfindən R.Kazımova yeni 3 otaqlı təmirli mənzil və ya ödənilən pulun geri qaytarılması məsələsinə də münasibət bildirdi: "Şirkət həmin mənzili Raman Dəmirçiyevə təklif etsin. Sözügedən mənzil Ramiz Kazımovundur. Raman Dəmirçiyev mənzilin təmirinə xərclədiyi pulu da şirkətdən tələb etməlidir".
R.Kazımovun mənzil təmir edilən zaman mənzillə maraqlanmaması məsələsinə isə vəkili belə cavab verdi: "Mənim 20 evim var, hamısına qarovul çəkməliyəm? Pulunun hamısını və ya yarısını ödəmişəm, bunun heç kimə dəxli yoxdur. Bu, mənim seçimimdir. Mübahisə varsa, hər şey məhkəmə yolu ilə həllini tapır. Raman da məhkəməyə verib hüququnu axtarsın".
E.Qurbanov Raman Dəmirçiyevin kassasiya şikayəti əsasında Bakı Apelyasiya Məhkəməsi tərəfindən R.Kazımovun xeyrinə çıxarılmış qərarın ləğv edilməsini isə səhv adlandırıb: "Həmin məhkəmə qərarı səhvidir. Apelyasiya Məhkəməsində yenidən bu məsələyə Raman Dəmirçiyevin iştirakı ilə baxılacaq və məhkəmə nə qərar versə, o da olacaq".
Qeyd edək ki, "İdeal-İ İnşaat" MMC-nin təsisçisi İsa Məmmədov və MMC-nin direktoru Çingiz Məmmədov hazırda həbsdədirlər. Onlar cari ilin iyununda Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59 |
|
|
|
|