Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? .....                     Müəllimlərin maaşı vergidən azad ediləcək? .....                     Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? .....                     7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir .....                     Ermənistan “müharibə qovşağı”na çevrilir... .....                     "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." .....                     "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver" .....                     Uşaqlar pul yığıb, sinfi qızdırır... .....                     Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir .....                     Verdiyevin həbsi: Necə davranmaq lazımdır? .....                     Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzov HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                     Trampın qərarı Azərbaycana necə təsir edəcək? .....                     Vətən müharibəsindən sonra Bakıda təkrarlandı .....                 

Anar Məmmədovun zavodunda FƏHLƏLƏRƏ ZÜLM EDİLİR - GİLEY
Tarix: 27-09-2018, 08:44 | Çap et
Anar Məmmədovun zavodunda FƏHLƏLƏRƏ ZÜLM EDİLİR
Rəsmi qurumlar ölkədə işsizlik probleminin olmadığını desə də, ölkədə işsizlik ciddi problemdir və bu da sosial problemlərə yol açır. Ancaq bır sıra özəl müəssisələr işçi axtarır ki, burada da 18-35 arası yaş həddinin müəyyən olunması 35 yaşdan sonra işsiz qalan insanlar üçün ciddi maneədir. Maraqlıdır, 35 yaşdan sonra insanlar çörək yeyib, su içməməlidir ki, ölkədə bu cür yaş həddi müəyyən olunur?! Dövlət fabrik, zavod inşa edib, işsiz insanları işlə təmin edə bilmirsə, heç olmasa müvafiq qurumlar 35 yaşdan sonra işsiz qalan insanların taleyini nəzərə alıb, özəl müəssisələrlə bağlı bir addım atmalıdırlar və 35 yaş qadağası aradan qaldırılmalıdır.Təəccüblüdür ki, ölkədə pensiya yaşı 65-dirsə, 35 yaşdan sonra işsiz adam nə yeyib, içməlidir?! Təəssüf ki, pensiya yaşı artırılanda deputatlar özəl müəssisələrdə bu yaş qadağasını belə nəzərə almadılar.

63 yaşında issiz qalan Xırdalan şəhərinin, Quşçuluq massivində yaşayan Yaqubov Maksim Paşa oğlu da iş axtararkən bu cür qadağa ilə üzləşib.

“Hürriyyət” qəzetinə şikayət edən Yaqubov Maksim həmçinin “Azbentonit” zavodunda işləyən zaman hər ay 100 manat maaşının ona verilmədiyini iddia edir və bunu tələb edir.

“Abdullayev Dövlət mənə dedi ki, “sən gərək mənə “iş verən” olasan”

M. Yaqubov bildirdi ki, o, 2004-cü ilin mart ayından “Azbentonit” zavodunda fəhlə işləyib: “Hələ onda zavod açılmamışdı. Bizi 14-16 saat işlədirdirlər ki, zavod açılsın. Biz də həvəslə işləyirdik ki, zavod açılsın. Nəhayət, zavod 2004-cü ilin iyul ayında açıldı. Zavod Ziya Məmmədovun oğlu Anar Məmmədovun adına idi. Zavoda rəhbərlik edən isə Ziya Məmmədovun əmisi oğlu Aydın Məmmədov idi. Zavodda 600-dən çox adam işləyirdi. Rəhbərlikdən razı idik. 13-cü əmək haqqı verirdi, bizi sevindirirdi. İcazə istəyəndə verirdi. Toya gedəndə 1-2 saat qabaq buraxırdı. Çox yaxşı adam idi, razı idik. Mən 2006-cı ilin sentyabr ayında müəyyən səbəblərə görə zavoddan getdim. 2012-ci ildə yenidən zavoda qayıtdım. O vaxtdan 2018-ci ilin sentyabrın 19-na qədər orada işləmişəm. Bu illər ərzində çalışmışam ki, yaxşı işimlə tanınım. Heç bir qanun pozuntusuna yol verməmişəm. 2014-cü ilin may ayının 28-də Abdullayev Dövlət adlı bir nəfəri bizə sex rəisi təyin etdilər. O gələn gündən sexin işçiləri ilə pis rəftar etdi. Mənə dedi ki, “sən gərək mənə “iş verən” olasan”. Mən də cavabında dedim ki, mən ağsaqqal adamam, indiyə kimi o yolun yolçusu olmamışam. Mən istəyirəm hamı işləsin, dolansın, hamının ailəsi var. Dedim rəis, sən məni səhv salmısan. O, üzümə baxdı, heç nə demədi, ancaq məni gözümçıxdıya salmağa, psikdirməyə başladı. Mən ailəmin xətrinə hər şeyə dözdüm. Bilirdim ki, artıq nəsə desəm və yaxud etsəm, təqdimat yazıb, məni işdən qovduracaq. Onun təqdimatı da getsə, qapıda deyirlər Maksimi işə buraxma. Ona görə də dillənmirdim. O, gördü ki, mən hər şeyə dözürəm, dillənmirəm, məni təhqir etməyə başladı. Bir dəfə getdim yanına ki, Dövlət müəllim, məni tok vurdu, barabanı dəyişdirin. Dedi, “get dəyişdir də, mənim üstümə atdana-atdana nəyə gəlirsən?” Dedim a kişi, mən atdana-atdana gəlimirəm. Sən ailən üçün əzizsənsə, mən də ailəm üçün əzizəm. Məni niyə tok vurub öldürsün ki. Dedi “mən hərbiçiyəm, polkovnikəm. Gərək, mən çağıranda sən yüyürə-yüyürə qabağıma gələsən”. Dedim, mən sənin qabağına yüyürə-yüyürə getsəm, işdə məndən kiçik uşaqlar var, sabah o cavanların arasında mənim nə hörmətim olar. Dedi, “yox, gərək edəsən, mən rəisəm, vəssalam”. Hətta bir dəfə ayaqüstü çay içəndə gəldi “çayın zəhərə dönsün”, dedi. Amma mən ona cavab qaytarmadım. Sadəcə dedim ki, bir də məni təhqir etsən zavodun rəhbərliyinə şikayət edəcəm. Ondan sonra, təhqirlərin arası bir müddət kəsildi. Mən də fikirləşdim ki, daha özünü yığışdırdı. Sən demə, kini ürəyindən çıxmayıbmış. Məqam gözləyirmiş”.

“Orada işləyənlər qul kimi işləyir”

Şikayətçi diqqətə çatdırdı ki, 2015-ci ilin may ayının 26-da zavod rəhbərliyi yenidən dəyişdirildi: “Bu dəfə zavoda Ziya Məmmədovun qardaşının kürəkəni, Elşad Bayarmov İdarə Heyətinin sədri təyin olundu. O, təyin olunan kimi də zavodun adını dəyişdirdi, “Garant inşaat” sənaye zavodu elədi. Bundan sonra, bizim də qara günlərimiz başladı. Səhər işə gedəndə bilmirdik ki, axşam evə işçi kimi, yoxsa işdən çıxarılmış kimi qayıdacağıq. Adam çoxdur deyib, ixtisarlara başladı. Bütün qohum-əqrabalarını yüksək maaşla zavoda işə gətirdi. Dayısı gecə direktoru, bacısının əri icraçı direktor, əmisi oğlu gecə direktoru, bibisi oğlu gündüz nəzarətçi, qaraj müdiri qohumu idi. Yəni zavod Bayramovların tam nəzarətində idi. Elşad Bayramovun dayısı Yolçuyev İlhamın da sözünün qarşısında heç kim bir söz deyə bilmir. Çünki nə olsa birbaşa bacısı oğluna deyir. Bu lin may ayının 26-da isə E. Bayramov dayısını bizim sement sexinə rəis təyin edib. Həmin Abdullayev Dövlət də indi İlhamın müavinidir. İyulun 30-da məni çağıraraq ixtisara düşdüyümü dedilər. Mən onlardan soruşdum ki, məni nə səbəbə ixtisar edirsiniz? Dedilər, “satış zəifləyib”. Mənə 6 həftə vaxt verdilər ki, “get, özünə iş tap”. Halbuki, mən sement istehsalı sexində iki nəfərin yerinə işləyirdim. Orada işləyənlər qul kimi işləyir. Mən onlardan çox xahiş etdim ki, məni ixtisar etməyin. Mənim heç bir yerdən 1 manatlıq köməyim yoxdur(bunları deyib, 63 yaşlı kişi göz yaşlarını saxlaya bilmir – müəl.). Yoldaşımın da ürəyi xəstədir, maaşımın üçdə birini onun dava-dərmanına verirəm. Onda Dövlət dedi ki, “qoy ölsün, gedib birini də alarsan”. Ondan bu sözləri eşidəndə damarlarımda qanım dondu. Belə laqeyd adama mən nə cavab verim, dillənmədim. Dedilər sənə 1,4% kompensasiya verməklə müqaviləni pozub, ixtisar edirik. Ancaq sonra mənə 2 aylıq tam maaşımı -740 manat verdilər. Gərək, düzünü deyəm. Mən 6 həftə ərzində iş tapa bilmədim, hansı qapıya getdim, dedilər “bir ayağın qəbirstanlıqdadır, bizə 18-35 yaş arasında adam lazımdır”. Mən məcbur qalıb, prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya məktub yazdım. Prezident Administrasiyasından məni Əmək Müfəttişliyinə göndərdilər. Orada isə nə dedim, çiyinlərini çəkdilər. “Biz onların işinə qarışa bilmərik”, dedilər. Mən onlara dedim ki, a kişi, məni prezidentin adından bura göndəriblər, o isə çiyinlərini çəkdi, onun laqeydliyinə məəttəl qaldım. Dedim, mən Əmək Müfəttişliyindən yenə şikayət edəcəm. O isə çiyinlərini çəkərək dedi ki, “hara istəyirsən şikayət elə. Sənin şikayətini bizə göndərəcəklər”. Yəni ki, baxmyacağıq. Dedim, gedib məhkəməyə şikayət edəcəm. Dedi, “məhkəmə qərarı bizə göndərəcək. Biz də baxmayacağıq”. Dedim, Ramiz Mehdiyevə yazacam, dedi, “get yaz”. Axırı dedim ki, mən indi intihar körpüsünə çıxım? Deyir, “get, çıx”. Deyirəm mən intihar etsəm, bu, sənin hökumətinə baş ucalığıdır? Durub, üzümə baxır. Dedim, qapıda 3 polis var, çağır məni həbs etsinlər, heç olmasa ailəmin pis gününü görməyim.Yoldaşımın ürəyi xəstədir, hər gecə təcili yardım çağırıram, hər gələndə 5-3 manat verirəm. İndi iş yoxdursa, mən neynəyim? İkimiz də birdən ölək?”.

“Guya, mən kompensasiya almaq üçün ixtisara düşməyə razı olmuşam”

M. Yaqubov iddia edir ki, zavod rəhbərliyi onlarla müqaviləni 7 iş saatı iş üçün bağlayıb: “Ancaq bizi gecə-gündüz işlədiblər. Nə “gecə pulu” veriblər, nə də heç nə. Dillənənin qabağına işdən çıxmaq ərizəsini qoyublar. Biz də bir para çöryəin qulu olaraq dillənməmişik. Senytabrın 12-də mənim 6 həftəlik vaxtım tamam oldu. Sentyabrın 12-nə qədər hörmətli Mehriban xanım Əliyevadan cavab gözləyirdim. Gözlədim, ondan da bir cavab almadım. Ayın 12-də kompensasiyanı itirməmək üçün qol çəkməyə getdim. Zavodda kadrlar şöbəsindən kompyuterdən bir mətn çıxardılar, mənim şəxsi işimin arasına qoydular. Dedilər, “gözlə, indi gəlirik”. Yarım saata qədər gözlədim, gəldilər ki, “get, işini davam elə”. Mən də sevindim ki, işimdə qalası oldum. İş yoldaşlarım da məni təbrik etdilər. Sentyabrın 19-da məni yenidən ofisə çağrdılar və iqxtisar vərəqini qabağıma qoydular. Dedilər, “imzala, sabahdan işdən azadsan”. Mən soruşdum ki, sentyabrın 12-də mənə dediniz ki, get işini davam elə. “Biz sənə əlavə bir həftə vaxt verdik”, dedilər. Mən onların verdikləri vərəqə baxanda gördüm ki, avqustun 1-də mənə verdikləri vərəq deyil. Mən o vaxtı həmin vərəqə qol çəkmədim. Özləri vərəqin aşağısına yazdılar ki, imzalamaqdan imtina etdi. Kadrlar şöbəsinin rəisi və onun müavini imzaladı. Amma bu dəfə verilən vərəqdə o imzalar yox idi. Yazılmışdı ki, guya, mən kompensasiya almaq üçün ixtisara düşməyə razı olmuşam. Gör, heç burada məntiq var? 740 manata görə, mən illik maaşımı itirməyə razı olsam, deməli, onda mən axmağam. Mən bunları oxuyanda bərk əsəbləşdim ki, gör, bunlar bizi nə hesab edir. Mən onlardan komyuterdən çıxatdıqları mətni istədim ki, görüm orada nə yazılıb. “O sənlik deyil”, dedilər. Mən isə dedim ki, o mətn mənlik deyilsə, bəs, mənim şəxsi işimin arasında nə gəzir? Nə qədər dedim həmin vərəqi vermədilər. Mən də hirsimdən necə qol çəkdim, bilməmişəm. Yenə onda da gözlərim yaşarmışdı. Bayıra çıxanda mənə hava dəydi, özümə gələndə qol çəkdiyimə peşman oldum. Bir də ki, qol çəkməsə idim, kompensasiya verməyəcəkdilər. Mən də kasıb adamam. Mən onlardan 4 saat artıq işlədiyimin pulunu istədim, güldülər, “almısan”,- dedilər. Mən də 7 saatın pulunu almışam, dedim. Dedim şikayət edəcəm. dedilər, “get, hara istəyirsən şikayət elə, özün bilərsən”.

“Sən mənə hədə-qorxu gələ-gələ hər ay 100 manatımı cibinə qoymusan”

Şikayətçi deyir ki, indi işsiz qalıb: “ Hər gün iş axtarıram. Hara gedirəm yaşımı soruşurlar. “Bizə 18-35 yaş arasında işçi lazımdır”, - deyirlər. Bəs, indi mən nə edim, bilmirəm. Mənim 63 yaşım var, bu yaşda mən nə oğurluq, nə də quldurluq edənəm. İşdən çıxarıblar, daha nə edə bilərəm. Heç olmasa gündə 4 saat artıq işlədiblər, onun pulunu versinlər. 4 saatımız 5 manat edir. Çünki onların veridiyi pul ilə mənim 1 saatım 1 manat 25 qəpikdir. Dəyirmanın biri 1 saata 9 ton sement üyüdür. 4 saat işləyəndə 36 ton mən gündə sənə artıq sement vermişəm. Sən mənim 5 manatımı kəsirsən. Bu da 20 gün iş günündə 100 manat edir. Sən mənə hədə-qorxu gələ- gələ hər ay 100 manatımı cibinə qoymusan, özün də mənə qapı göstərirsən.

Mən sizin qəzet vasitəsilə üzümü preziden İlham Əliyevə, Mehriban xanım Əliyevaya və lazımi oraqanlara tuturam və xahiş edirəm hər ay məndən tutulan yüz manat maaşımın ödənilməsinə göstəri. alın, verin”.
Hurriyyet.org









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42
Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27
Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22
7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47
Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37
"Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33
"Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27
Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24
Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19
Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11
Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru