Moskvada tutulan separatçının ekstradisiyasına hazırlıq görülür
Tarix: 12-09-2018, 08:50 | Çap et
Xəbər verildiyi kimi, sentyabrın 6-da Moskvanın Lübertsı rayon polisinin əməkdaşları tərəfindən Azərbaycanın beynəlxalq axtarışa verdiyi Fəxrəddin Abboszadə saxlanılıb. Ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 281.2, 283.1 maddələri üzrə ittiham irəli sürülüb. Sentyabrın 7-də Moskva vilayəti Lübertsı şəhər məhkəməsinin hakimi İ.A.Juravlyova Abboszadənin Azərbaycan tərəfinə təhvil verilməsi məqsədilə onun barəsində 1 ay müddətinə həbs cəzası hökmü çıxarıb.
Qeyd olunur ki, F. Abboszadə barəsində cinayət işi 2018-ci ilin iyul ayının 12-də Bakı şəhəri Səbayel Rayon Məhkəməsi tərəfindən başlanıb. İyulun 14-də onun barəsində 4 ay müddətinə həbs qərarı verilib. Abbasov beynəlxalq axtarışa verilib.
Fəxrəddin Abboszadə 1956-cı ildə Lerik rayonunda anadan olub. 1993-cü ilin yayında qondarma “Talış Muğan Respublikası”nın “parlament sədri” “seçilib”. 1994-cü ildə Azərbaycanı tərk edib və Rusiyada yaşamağa başlayıb. 2005-ci ildə Azərbaycana qayıdaraq talış dilində “Şavnışt” qəzetini dərc edib və az sonra yenidən Rusiyaya qayıdıb.
F. Abboszadə uzun illərdir Azərbaycana qarşı hədyanlar yağdırmaqla, ölkəmizin ərazi bütövlüyü əleyhınə fəaliyyət göstərməklə məşğul olurdu. O, müxtəlif konfranslarda ölkəmiz və qardaş Türkiyə əleyhinə cinayət xarakterli təxribatlar törədirdi. Xüsusilə də ermənilərlə əlbir olub İrəvandan yayımlanan “Talışıstan” televiziyasının fəaliyyətini koordinasiya edirdi. Dəfələrlə İrəvanda separatçı tədbirlərə qatılan F. Abboszadə Azərbaycanı, hakimiyyəti, müxalifəti, siyasi partiyaları, medianı ən müxtəlif “cinayətlər, repressiyalar, təqib”lərdə suçlayıb.
Azərbaycan hüquq-mühafizə orqanlarının rəsmi sorğusu əsasında federal axtarışa verilən və bu il sentyabrın 6-da Moskvada saxlanılan separatçı təşkilat rəhbəri, qondarma Talış Milli Hərəkatının sədri Fəxrəddin Abboszadə ilə bağlı Azərbaycanın Baş Prokurorluğunda araşdırmalara başlanılıb.
Modern.az-ın əldə etdiyi məlumata görə, araşdırmalar Dövlət Təhlükəsizlik Xidməti ilə birgə aparılır.
Azərbaycana gətirildikdən sonra F. Abboszadənin Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsində saxlanacağı gözlənilir.
Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc “Yeni Müsavat”a bildirdi ki, həbs edilən şəxs uzun illər ərzində Azərbaycan əleyhinə Ermənistan tərəfindən fəal istifadə olunurdu: “1990-cı illərin əvvəllərində Azərbaycanda mərkəzi dövlət hakimiyyətinin zəifləməsi və bütün periferiyalara nəzarət imkanlarını itirməsi müqabilində etnik separatizm dalğası genişlənməkdəydi. Bu prosesə maliyyə, siyasi, silah dəstəyi verən qüvvələr də mövcud idi. Fəxrəddin Abboszadə o zamanlardan separatçılıq mövqeyində olanlardan idi. Sonradan o və onun kimiləri əsl idarə olunduqları məkana üz tutdular və orada müdafiə zolağının içərisindəydilər. Ona görə də Azərbaycan tərəfindən atılan hüquqi addımlar nəticəsiz qalırdı. Bu adamlar ölkə sərhədlərindən kənarda olduqları zaman da separatçı fəaliyyətlərini daha da azğınlaşdırırdılar. İnformasiya məkanında Azərbaycana qarşı bütün qanunları pozan davranışlar nümayiş etdirirdi. Ermənistan xüsusi xidmət orqanlarının dəstəyi ilə yaradılan strukturlarda fəallıq göstərirdi. Mən çox inanmaq istərdim ki, Fəxrəddin Abboszadə ilə bağlı məsələ, sadəcə, kiçik araşdırmadan sonra yarımçıq saxlanmayacaq. Çünki Azərbaycan hüquq-mühafizə orqanları dövlət adından istər Rusiyadan, istərsə də digər ölkələrin ərazisindən bizə keçən və burada sığınacaq qazanaraq həmin dövlətlərin əleyhinə fəaliyyət göstərmək istəyənlərin hamısı ilə bağlı ən sərt tədbirləri görüb. Azərbaycan separatçıları heç zaman himayə eləməyib. Bizim ölkəmiz hüquq prinsiplərini tanıyıb, etibarlı tərəfdaş olub, əməkdaşlığa açıqlıq göstərib. Təqdirəlayiq haldır ki, Rusiya tərəfindən artıq bir ciddi addım atılır. Biz bu addımın sona qədər atılacağını gözləyirik. Fəxrəddin Abboszadənin Azərbaycana təhvil verilməsi Rusiya-Azərbaycan münasibətlərinin tarixi üçün son dərəcə təsirli hadisəyə çevriləcək. Hər kəs bundan sonra qəti şəkildə inanacaq ki, bu təcrübə ölkəmiz əleyhinə olan separatizm alətində buluna bir çox qüvvələrə, hətta ermənilərə tətbiq oluna bilər. Fəxrəddin Abboszadənin cəzalandırılması Rusiyanın özündə də separatizmə ciddi bir zərbə olar”.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Lənkərandan olan deputat Hadi Rəcəbli isə modern.az-a açıqlamasında separatçı şəxsin həbs edilməsini müsbət qiymətləndirdiyini bildirib: “Azərbaycan müstəqilliyini ikinci dəfə əldə edib. Üzərində ”Azərbaycanlı" sözünü gəzdirən hər bir şəxs onu qorumalı, dövlətimizin ömürlük olmasına çalışmalıdır. Bunun üçün hər birimiz əlimizdən gələni əsirgəməməliyik. Çox təəssüf ki, facebookda, müxtəlif sosial şəbəkələrdə Azərbaycan əleyhinə, Azərbaycan liderləri əleyhinə ardıcıl, sistemli kampaniya aparılır. Bu kampaniya bir sıra beynəlxalq, antimillət, antidövlət, antidemokratik qurumlar tərəfindən təşkil olunur. Onların məqsədi dövlətləri kiçiltmək, parçalamaq və hakimiyyəti ələ keçirərək, idarə etməkdir.
Bu yolu tutanların da aqibəti Fəxrəddin Abboszadə ilə eyni olacaq. Bu həbs eybəcər fikirlər səsləndirən Orduxanlara, Qurban Məmmədovlara və digərlərinə dərs olmalıdır. Dövlətimiz əleyhinə çağırışlar edən bu adamlara qarşı da müvafiq addımlar atılmalıdır. Onlar da Azərbaycan dövləti qarşısında cavab verməlidirlər. Sonuncu hadisə o deməkdir ki, separatçılar orada-burada boş-boş qışqırmaqla, danışmaqla heç bir şeyə nail ola bilməyəcəklər. Dövlətimizi zəiflətmək istəyən, adlı-sanlı insanlarını hörmətdən salmaq mövqeyini sərgiləyənlər qanunlar, beynəlxalq hüquq normaları daxilində mütləq cəzalanacaqlar". Milli Məclisdə 75 saylı Lənkəran-Masallı seçki dairəsini təmsil edən deputat, Yeni Azərbaycan Partiyasının üzvü Cavanşir Paşazadə isə Fəxrəddin Abboszadənin həbsinə sevindiyini bildirib: “Azərbaycan xalqının çörəyini yeyən, Azərbaycan xalqının içərisində ”göyərən" insanın başqa ölkələrdə dövlətimizə qarşı formalaşdırmaq istədiyi mənfi fikirlərə dəstək verməsi utancvericidir. Belələri həm qanun qarşısında, həm də Allah qarşısında cavab verəcək. Xalqına üz çevirən bütün insanların aqibəti o separatçının aqibəti kimi olacaq. Qoy başqaları da dərs götürsün". “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59 |
|
|
|
|