Direktor olmaq üçün yüksək bal topladı, vəzifəyə deyil, türməyə göndərildi - QALMAQAL
Tarix: 11-08-2018, 10:31 | Çap et
İmişli rayon Qulubəyli kənd sakini, təhsil işçisi Elşən Şəmmədli 2017-ci il Təhsil Nazirliyinin direktorların işə qəbulu müsabiqəsində iştirak edərək rayon üzrə ən yüksək nəticə göstərsə də, təəssüf ki, sonda Elşən Şəmmədli vakant yer olan İmişli Şəhər 7 saylı məktəbə direktor yox, həbsxanaya göndərilib. E. Şəmmədlinin məsələ ilə bağlı “Hürriyyət” qəzeti vasitəsilə prezident İlham Əliyevə müraciəti də İmişli Rayon Təhsil Şöbəsinin vecinə olmayıb. Görünən odur ki, bu ölkədə haqqın olan nəyisə əldə etməyin özü də müşkül məsələyə çevrilib.
“Burada İmişli rayon Təhsil Şöbəsinn müdiri Ramiz Əmirovun da barmağı var”
Elşən Şəmmədlinin həbs olunması ilə bağlı dayısı Murad Seyidov “Hürriyyət”ə bildirdi ki, İmişli rayon Məhkəməsini sədri Qurban Hacıyev bacısı oğlu Elşən və onun haqqında saxta akt tərtib edib: “ Bizə qarşı 289.1 maddəsi ilə (məhkəməyə qarşı hörmətsilzik) cinayət işi açmışdı. Amma sübut olundu ki, onlar hamısı yalandı. Respublikanın 38 məhkəmə binasında ən müasir texnologiya qurulub, hamısında kamera var. Bu binalardan biri də İmişli rayon Məhkəməsidir. Qurban Hacıyev həmin görüntülərin hamısını silib. Axı, dediklərinin hamısı saxtadır. 8 nəfər də məhkmə işçisi o akta qol çəkib. Təbii ki, Elşən müəllimi də, məni də həbs etdirmək üçün hamısı qol çəkəcək, Qurbanın işçiləridir. Dünənki məhkəmədə məni 600 manat cərimə etdilər. Elşən müəllimə 3 ay həbs kəsdilər. Əslində, onun iki azyaşlı uşağı var, ona güzəştə getməliydilər. Burada Qurban Hacıyevin xüsusi marağı var. Çünki o, 7 saylı İmişli Şəhər məktəbinə direktor təyin olunmaq üçün ən yüksək bal toplamışdı. Biz qarşı akt və Elşən müəllimin həbsi onunla əlaqdardır. Burada İmişli Rayon Təhsil Şöbəsinn müdiri Ramiz Əmirovun da barmağı var. O, aşkar dəfərlərə Elşənə deyib ki, “o məktəbin yiyəsi var. Səni hansı məktəbə deyirsən, ora direktor göndərək. 7 nömrəlinin yiyəsi var, bizlik deyil”. Bir ildir ki, məktəb yiyəsizdir, direktor təyin olunmur. Elşən də müxtəlif yerlərə şikayət etmişdi. Yəqin ki, tədris ili başlayanda Elşən ora direktor təyin olunacaqdı. Ona görə, bu oyunu qurdular ki, o, sıradan çıxsın. Aldığım məlumata görə, həmin məktəbə direktor təyin etmək üçün bir nəfərdən 27 min manat pul alıblar. Biz də pul verən deyilik. Biz də tələb edirik ki, ən yüksək bal toplayıb, Elşən burada işləməlidir. Buranın yiyəsi var idisə, niyə vakant yer kimi verilirdi?”
M. Seyidov qeyd etdi ki, hökmə görə ikisinin də cinayət tərkibi eynidir: “Əslində, mənə 600 manat cərimə idisə, iki uşağa görə, onu 500 manat cərimə etməliydilər. Maraqlıdır, eyni cinayət məcəlləsi ilə mənə 600 manat cərimə yazır, onu 3 ay azadlıqdan məhrum edir. Qərarın özündə uyğunsuzluq var”.
“Qurban Hacıyev bacıma “həyasız köpəkqızı” dedi”
Şikayətçi xatırlatdı ki, ötən il Elşən müəllimin evinə oğru girib, onu tutub ağaca bağlayıblar: “Həmin o oğru haqqında həbs qəti-imkan tədbiri var idi. Həmin oğru da Əfqan Şahbazov idi. Bu hadisə ilə bağlı 2017-ci il dekabrın 6-da məhkəmə iclasında Qurban Hacıyev dedi ki, “bu adam mənim dostumun qohumu, Şahbaz Şahbazovun əmisi oğludur. Əfqan Şahbazovun bacanağı mənim köməkçimdir. O biri məhkəmənin hakimi Aşqin Əfəndiyevin köməkçisi də Əfqanın əmisi oğludur. Ona görə, mən onu açıb buraxacam”. Qurban Hacıyev məhkəmədə elan etdi ki, İmişli rayon Prokurorluğunun göndərdiyi təqdimat sübuta yetmədiyinə görə təmin olunmasın, təqsriləndirilən Şahbaz Əfqan Əlqəmə oğlu zaminə buraxılsın. Mənim də bacım içəridə idi. Bacım etiraz etdi ki, yaxşı, bunu buraxırsan, bəs bzim təhlükəsizliymizi kim təmin edəcək? Gəlin, bu hökmü verməyin. Qurban Hacıyev qalxdı məhkəmə paltarını stolun üstə atdı, zala düşdü və bacımla mübahisə etməyə başladı. Bacıma “həyasız”, “həyasız köpəkqızı” dedi. Bacımın da təzyiqi var, belə deyəndə özündən getdi. Biz hakimə xahiş etdik ki, təcili yardım çağırsın, təcili yardım da çağırmadı, bizə dedi “basın bayıra”. Bunlar hökm veriləndən sonra oldu. Biz də oradan İmişli rayon icra başçısına zəng etdik. Başçı da səhəri gün-dekabrın 7-də bizi qəbul etdi, Qurbanı da çağırdı. Qurban da orada üzr itsədi ki, əsəbi olmuşam və başçı bizi barışdırdı. Rəhbər kimi, dedi “ayıbdı, belə şey nə lazımdı, gedin, işinizlə məğul olun””.
“Dünən nahaqdan Elşəni həbs etdilər”
“Biz də sonra xəbər tutduq ki, guya, biz məhkəməni pozmuşuq, o da məhkəmənin vaxtını dəyişib. Hökm verəndən sonra məhkəmənin vaxtı necə dəyişir? Yəni özünə bəraət qazandırmaq üçün məhkəmənin işini təxirə salıb. Guya, səhəri günə keçirib və yenə də Əfqan Şahbazovu açıb braxıb. O 8 nəfər məhkəmə işçisi akta qol çəksələr də, məhkəmədə ifadə verəndə heç birinin sözü düz gəlmədi, izahatları üst-üstə düşmədi. Çünki onlar orada olmayıblar. Biz də məhkəmədə tələb etdik ki, içəridə 12 kamera var, orada görüntülər var. Hakimə nəzarət, protokol kamerası var. Oradan görüntüləri çıxardın. Onu da Qurban Hacıyev sildirib, vermədi. Rabitə və İnformasiya Nazirliyinə şikayət etdik, onlar da təmin etmədilər. Sonda da dünən nahaqdan Elşəni həbs etdilər”, - deyə şikayətçi təəssüf etdi.
“Bax, bu cür böhtan atırlar”
“Siz məhkəməyə hömətsizlik etmişdinizmi” sualına M. Seyidov belə cavab verdi: “Vəkil deyir ki, mən içəri girəndə bunlar içəridə idi. Bunlar heç çölə çıxmadı, məhkəmə başladı. Vəkil orada yox idi axı, yalan deyir. Sual verdik, ay vəkil, əgər məhkəmə qapalıydısa, biz içəridə ola-ola məhkəmə gedə bilərmi? Deyir, yox. Bəs nətəhər məhkəmə olub? Məhkəmənin katibi deyir ki, “Guya, məhkəmə başlayandan yarım saat keçmişdi Murad müəllimlə, Elşən müəllim qapının təpiklə vurdu, içəri girdi, məhkəməni söyməyə başladı”. Bax, bu cür böhtan atırlar”.
“Qəsdən fırlatdılar ki, dərs ili başlayan qədər Elşən müəllimi həbs etsinlər, direktor təyin olunmasın”
“Keçən il olan hadisə ilə bağlı Elşən müəllim niyə dünən həbs olunur” sualını isə M. Seyidov belə cavablandırdı: “Qəsdən fırlatdılar ki, dərs ili başlayan qədər onu həbs etsinlər, direktor təyin olunmasın. Bu vaxta kimi arada çağırırdılar, gedib, gəlirdik. Yenə deyirəm, burada Qurban Hacıyevin də, Ramiz Əmirovun da, direktoruluğu istəyən Əliheydər Ataşovun da marağı var. O da Xocalı rayon prokuroru var idi, onun qardaşı oğludur. Bildyimə görə, ondan direktor olması üçün 27 min pul alıbar. Həmin Əliheydər Ataşov imtahanda bal toplaya bilməyib, cəmi 11-12 bal toplayıb. Mənim bacım oğlu nəinki rayonda respublikada ən yüksək bal toplayıb və 7 nömrəli məktəbə düşüb. Pula görə onu fırlayırlar, qoymurlar təyin oluna. O da müxtəlf yerlərə yazıb, sizin qəzetdə də yazılar getmişdi. Gördülər ki, bu, təyin olunacaq. Çünki o, keçən ay Təhsil Nazirliyində qəbulda olmuşdu, orada demişdilər ki, get, gözlə yaxın günlərdə sənə məlumat veriləcək, təyin oluncaqsan”.
“Aqşin Əfəndiyevin apardığı məhkəmə sənədlərində Abdulla Şahbazovun adı yazılıb”
“İndi də Qurban Hacıyev Ədliyyə Nazirliyinə, Məhkəmə hüquq Şurasına, Cəbrayıl Rayon Məhkəməsinə rəsmi sənəd göndərib ki, Şahbazov Abdulla adlı adam bizdə işləmir. Hansı ki, həmin adam bacım oğlunun evindən oğurluq edən Əfqan Şahbazovun əmisi oğludur. Cəbrayıl Rayon Məhkəməsinə də ona görə rəsmi sənəd göndərib ki, biz Qurban Hacıyevə etiraz etmişdik ki, sən bizdən akt yazmısan, şikayət etmisən. Ona görə, Apellyasiya Məhkəməsinə vermişdik, onlar da işi Cəbrayıl Rayon Məhkəməsinə verdi. Mən dünən də məhkəmədə tələb etdim ki, möhtərəm hakim, sorğu göndər okyabr, noyabr aylarında Aqşin Əfəndiyevin apardığı məhkəmə sənədlərində görək kimin adı yazılıb. Abdulla Şahbazovun adı yazılıb. Abdulla Şahbazov da Şahbaz Şahbazovun qardaşı oğludur. Şahbaz Şahbazov da “Nigar” klinikasının rəhbəri İlqarla işləyirdi. Orada ona külli miqdarda pul atmışdı. Onlar vərdişkardı. Onun da üstü açıldı, ona hansı şirkətləri vermişdilərsə, hamısını əlindən aldırlar”, - deyə şikayətçi əlavə etdi.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
|