Hüseyn Abdullayevlə gizli əlbir olan məmurlar vəzifələrdən qovulur - yeni gəlişmələr
Tarix: 18-07-2018, 09:23 | Çap et
Keçmiş deputat, hazırda həbsdə olan Hüseyn Abdullayevin həbsə 2-ci “gedişi” gözlənilməz olduğu kimi, özünün 4 divar arasındakı davranışları da heyrətamizdir. Hər halda, gələn məlumatlar, iddialar eks-deputatın “təki azadlığa buraxsınlar” istəyinin gerçəkləşməsi üçün nələrə hazır olduğunu ortaya qoyur. Əlbəttə ki, həbsə alınan hər kəs tezliklə azadlığa qovuşmasını istəyər, bu yolda addımlar atar və hərəkət edər. Hüseyn Abdullayevin bu yöndə hərəkətliliyi təqdirəlayiqdir. Lakin bir məqam var: o, azadlığa çıxmaq üçün vaxtilə ona gizlin kömək etmiş hər kəsi “körpü” etməklə buna nail olmağa çalışır.
Belə iddialar var ki, Hüseyn Abdullayev həbsinin ilk günlərində üzləşdiyi rəftardan qurtulmaq üçün qazancı, anasının ölkədən çıxışına kimlərin kömək etməsi kimi məlumatları detallı şəkildə danışmağa qərar verib, Vergilər Nazirliyi, Sərhəd Qoşunlarındakı dostlarının adını çəkib. Həmin şəxslərin kimlikləri, vəzifələri müəyyən olunub və artıq onları işdən çıxarıblar. Son günlər bəzi dövlət idarələrində məmurların toplu halda işdən çıxarılmasının əsas səbəbi məhz Hüseyn Abdullayevin istintaqa açıqlamalarıdır. Onların bəziləri rəsmən elan olunmadan, qanunauyğun şəkildə istintaqın xüsusi yoxlamalarından keçməkdədir.
Hüseyn Abdullayevin sərgilədiyi bu tövr onun özünə qarşı münasibətin bir qədər yumşaldılmasına, şəxsi xahişlərinin yerinə yetirilməsinə yol açıb. Hüseyn Abdullayevin belə xahişlərindən biri də xaricdə olan anasının ölkəyə qayıtmasına izn verilməsi ilə bağlı olub. Onun xahişi yerinə yetirilib. Hüseyn Abdullayevin anası artıq Azərbaycandadır.
Digər bir iddiaya görə isə Hüseyn Abdullayev Azərbaycanda Qərbin işlədiyi şəxslərlə bağlı da bildiklərini istintaqa deyib və “yadına düşdükcə” deməkdədir.
Musavat.com-a bəlli olub ki, Hüseyn Abdullayev istintaqa Azərbaycan hakimiyyəti əleyhinə iş aparan kampanyon və tərəfdarlarının da adlarını açıqlayıb. Üstəlik, o, Avropadakı bir neçə səfirimizlə gizli əlaqələri ilə bağlı da ifadə verib. İşin bir ucunun Moskvadakı milyarder “narazılarla”, o cümlədən də Abbas Abbasovla bağlı olması barədə də iddialar var. İstintaq hazırda tutuqlunun verdiyi bu məlumatların nə dərəcədə həqiqət olduğunu araşdırır. Tamamilə mümkündür ki, Hüseyn Abdullayev bazarlıq imkanlarının və güzəştlərin yüksək olması naminə əlaqələri haqda məlumatları şişirtsin.
Arestant özünün Avropadakı biznesi haqda da bütün suallara cavab verib, iddialara görə, xaricdəki (Almaniya, Avstriya, Türkiyə) aşkar-gizli mal varlığının “bəyannaməsi”ni ortaya qoyub. Məlum olduğu kimi, Hüseyn Abdullayev Azərbaycanda qanunsuz yollarla böyük sərvət əldə edib və həmin sərvətin təxminən 100 milyon dollar ekvivalentini ölkəmizdən xaricə çıxartmağa nail olub. Avropaya sığınan kimi də həmin vəsaitləri Azərbaycanın indiki iqtidarına və prezidentə qarşı çirkli kampaniyaları, informasiya müharibəsini maliyyələşdirməyə yönəldib.
Musavat.com-a bəlli olub ki, Hüseyn Abdullayevin Azərbaycanda və ondan kənarda maliyyə dəstəyi verdiyi jurnalistlərin və media quruluşlarının adları da istintaqa bəlli olub. Son günlər yayımı məhdudlaşdırılan və barələrində cinayət işi açılan media quruluşlarından bir neçəsi də (əsasən müxalif və reket təbiətlilər) bu cür gizli yardımların əhatəsinə düşənlərdəndir. Görünür, onlar son Gəncə hadisələrindəki davranışları ilə limiti doldurublar, buna görə də iqtidar belə sərt addımlara gedir...
Lakin Hüseyn Abdullayevin əlində ciddi bir “kozır” da var. Çox qəribədir ki, Avropa təsisatlarından bəziləri onu qorumaq təşəbbüsləri göstərirlər. Məsələn, onun deputat mandatının ləğvi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin çıxardığı və icra olunmamış qərar yenidən hərəkətə gətirilib. Hüseyn Abdullayev istintaqla anlaşıb, imtinaya getməsə, analoquna nadir rastlanan həmin qərar icraya yönəldilə bilər. “Quska”nın bu “kozır”dan necə istifadə edə biləcəyi hələlik məlum deyil...
Qeyd edək ki, Hüseyn Abdullayev aprelin 22-də Türkiyədə yaxalanaraq Azərbaycana gətirilib. O zaman ölkəni silkələyən bu həbs haqda Vergilər, Daxili İşlər Nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yaymışdılar. Orada vurğulanırdı ki, Vergilər Nazirliyi tərəfindən aparılmış səyyar vergi yoxlaması nəticəsində “Araz İNC” MMC-də 1 milyon 436 min manat məbləğində vəsaiti dövlət büdcəsinə ödəməməsi faktı üzrə 7 iyun 2013-cü il tarixdə Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb. 3 oktyabr 2016-cı il tarixdə H.Abdullayevə ümumilikdə 1 milyon 810 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırması və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq almadan tikinti-quraşdırma işlərini həyata keçirərək 966 min manat məbləğində gəlir əldə etməsinə əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi barədə qərar çıxarılıb.
Bundan başqa, ayrı-ayrı vətəndaşların Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciətləri əsasında 14 fevral 2018-ci il tarixdə başlanmış cinayət işi üzrə H.Abdullayevin 2006-cı ildən 2018-ci ilədək olan müddət ərzində faktiki nəzarət etdiyi “Araz-İnşaat” ASC-də onun tapşırığına əsasən müəssisənin idarə olunmasını həyata keçirən Babayev Namiq İsmixan oğlu və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cəmiyyətə məxsus obyektləri müxtəlif vaxtlarda ayrı-ayrı şirkətlərə icarəyə verərək ümumilikdə 1 milyon 374 min manat məbləğində gəlirlərin cəmiyyətin kommunal xidmət və sair xərclərinin ödənilməsinə sərf olunmasına dair digər səhmdarlara yalan məlumat verməklə 13 min 373 manat məbləğində dividentləri vahid qəsdlə ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsinə şübhələr müəyyən edilib.
Eləcə də H.Abdullayevin dəfələrlə N.Babayev vasitəsilə, daha sonra isə Almaniyadan istifadəsində olan telefondan “Autist Uşaqların Reablitasiyasına Kömək” İctimai Birliyinin sədri Elnur Məmmədova zəng edərək onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib tələblərinə əməl etməyəcəyi halda onları məhv edəcəyi ilə hədələyərək icarə müqaviləsi şərtlərinə görə hər ay ödəməli olduğu 3 min manat icarə haqqı əvəzinə onun nümayəndələrinə 6 min manat pul ödəməsini hədə-qorxu ilə tələb etməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq), 178.2.2, 178.2.4, 182.2.1 (hədə-qorxu ilə tələb etmə), 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
|