İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək .....                     “Dövlət bunu boş yerə etmir…” .....                     Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? .....                     Müəllimlərin maaşı vergidən azad ediləcək? .....                     Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? .....                     7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir .....                     Ermənistan “müharibə qovşağı”na çevrilir... .....                     "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." .....                     "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver" .....                     Uşaqlar pul yığıb, sinfi qızdırır... .....                     Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir .....                     Verdiyevin həbsi: Necə davranmaq lazımdır? .....                     Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzov HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                 

Mikayıl Cabbarovun işçisi Gəncədə qumarxanaya "krışalıq" edir... - İDDİA
Tarix: 20-06-2018, 13:59 | Çap et
Mikayıl Cabbarovun işçisi Gəncədə qumarxanaya "krışalıq" edir...
Az qala hər gün hüquq-mühafizə orqanlarının əməkdaşlarının həm paytaxt Bakıda, həm də ölkənin digər şəhər və rayonlarında fəaliyyət göstərən, əsasən internet şəbəkəsi vasitəsi ilə onlayn şəkildə təşkil olunan qumarxana, totalizator, qanunsuz pul uduşu oyunları keçirilən obyektlərin və əyləncə yerlərinin aşkarlanması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirdiklərinə dair məlumatlarla rastlaşırıq. Lakin buna baxmayaraq, hələ də qeyri-qanuni təşkil olunan qumarxana, kazino, totalizator və bu qəbildən oyunların keçirildiyi obyektlərin fəaliyyətinə tam şəkildə son qoymaq mümkün olmayıb. Belə ki, son zamanlar redaksiyamıza ölkənin müxtəlif şəhər və rayonlarında qanunsuz kazinoların sayının getdikcə artdığına dair informasiyalar gəlməkdədir.

Mövzu ilə bağlı əldə etdiyimiz bilgilərdə deyilir ki, qanunsuz qumarxanalar əsasən Bakı, Gəncə və Sumqayıt şəhərlərində fəaliyyət göstərir. Buna misal olaraq Gəncə şəhəri, Heydər Əliyev prospektindəki 9 mərtəbənin altındakı obyekti göstərə bilərik. Bununla əlaqədar verilən məlumata görə, sözügedən obyekt artıq bir müddətdir ki, qanunsuz qumarxana, daha dəqiq desək, kazino kimi fəaliyyətdədir. Halbuki məhrum prezident Heydər Əliyevin 27 yanvar 1998-cı il tarixli, №730 saylı Sərəncamı ilə Azərbaycan xalqının mənəviyyatına və adət-ənənələrinə zidd əxlaqi keyfiyyətlər aşılayan kazinoların, totalizatorların, pul uduşlu oyunlar keçirilən obyektlərin və əyləncə yerlərinin fəaliyyətləri dayandırılıb. Görünən odur ki, hansısa işbazlar Heydər Əliyevin sərəncamına əhəmiyyət vermədən qanunsuz qumarxana biznesinin çiçəklənməsinə və bu yolla milyonlarla vəsaitə sahiblənməyə çalışır.

Məsələnin maraqlı tərəfi ondadır ki, Gəncə şəhəri, Heydər Əliyev prospektindəki 9 mərtəbənin altındakı obyekt qanunsuz qumarxana kimi fəaliyyət göstərsə də, nə 12 saylı Ərazi Vergilər Departamentinin baş direktoru Şahin Eyyubov, nə də Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Faiq Şabanov adıçəkilən obyektdə olub-bitənlərə əhəmiyyət verir. Heç kimə sirr deyil ki, qumarxana, kazino, qanunsuz totalizator və mərc oyunlarının keçirildiyi məkanlarda gün ərzində külli miqdarda vəsait dövriyyədə olur. Yəni orta hesabla götürsək, bu tip obyektlərə baş çəkən insanlar hər gün azı 30-40 min manat uduzur ki, həmin pullar da məhz məkan sahibinin şəxsi büdcəsinə daxil olur. Bir sözlə, qanunsuz qumarxana işlədənlər əldə etdikləri gəlirdən dövlətə bir qəpik belə olsun vergi ödəmirlər. Odur ki, Gəncə şəhərində yerləşən 12 saylı Ərazi Vergilər Departamentinin baş direktoru Şahin Eyyubov bu cür önəmli məsələyə xüsusi diqqət ayırmalı, həmin obyektlərin fəaliyyətinə son verilməsi məqsədiylə Gəncə Şəhər Baş Polis İdarəsi ilə birgə müvafiq tədbirlərə baş vurmalıdır. Lakin nədənsə həm Şahin Eyyubov, həm də Faiq Şabanov sözügedən qumarxanada yaşanan olayları görməzdən gəlir. Məhz bu faktın özü həmin qanunsuz kazinonun arxasında yüksək rütbəli şəxslərdən birinin dayandığını deməyə əsas verir. Əgər belə olmasaydı, o zaman 12 saylı Ərazi Vergilər Departamenti, o cümlədən Gəncə Şəhər Baş Polis İdarəsi barəsində danışılan qumarxana və onun sahibləri barəsində müvafiq ölçü götürərdilər. Çünki qanunverciliklə bu əməllər cinayət tərkibli hesab edilir və Cinayət Məcəlləsinin 244-1 (qumarxana təşkil etmə və ya saxlama) maddəsi ilə tənzimlənir. Belə ki, qumarxana, yəni qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlama – iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə – üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bu arada, 12 saylı Ərazi Vergilər Departamentinin baş direktorundan söz düşmüşkən, qeyd etməliyik ki, hazırda Gəncə şəhərində fəaliyyət göstərən, 9000 kvadratmetrlik qapalı sahəsi, 4500 kvadratmetrlik icarə sahəsi olan "Aura Park" alış-veriş və əyləncə mərkəzinin sahibi Şahin Eyyubovun yaxın qohumudur. Belə ki, "Aura Park" ticarət mərkəzinin sahibinin 12 saylı Ərazi Vergilər Departamentinin baş direktorunun əmisi oğlu olduğunu deyən məlumatlı şəxsin sözlərinə görə, məhz elə bu səbəbdən də adıçəkilən obyektdə nəzarət-kassa aparatları quraşdırılmayıb. Kassa aparatlarının quraşdırılmaması isə alış-veriş zamanı vergidən yayınma hallarına səbəb olur. Halbuki Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən, bəzi fəaliyyət növləri istisna olmaqla, pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmaları nəzarət-kassa aparatları vasitəsilə aparılmalıdır. Həmin məcəllənin 58.7-ci maddəsində isə deyilir ki, əsasən, nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən, vergi orqanlarında qeydiyyatdan keçirilməyən və ya texniki tələblərə cavab verməyən cihazlardan istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim olunmalı çekin verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 400 manat, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə 2000 manat məbləğində; təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 800 manat, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə 4000 manat məbləğində; təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 1200 manat, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Görünür, "Aura Park" alış-veriş və əyləncə mərkəzinin sahibi 12 saylı Ərazi Vergilər Departamentinin baş direktorunun yaxın qohumu olduğundan adıçəkilən obyektdə nəzarət-kassa aparatlarının quraşdırılmamasına göz yumulur...

Onu da nəzərinizə çatdıraq ki, Gəncə şəhəri, Heydər Əliyev prospektindəki 9 mərtəbənin altındakı qanunsuz kazino fəaliyyətə başladığı gündən yerli sakinlərin problemləri birə-beş çoxalıb. Belə ki, sözügedən obyektdə milli-mənəvi dəyərlərimizə zidd olan qumarın təşkil olunması son nəticədə Gəncə şəhərində cinayət hadisələrinin sayının nəzərəçarpacaq dərəcədə artmasına, qumar borcu olan insanların çıxış yolu kimi qarətə və ya intihara meyllənmələrinə səbəb olub. Məhz elə bu səbəbdən də Gəncə şəhərindəki sözügedən kazino daxil olmaqla, ölkədəki bütün qanunsuz qumarxanalar bağlanmalı, onların sahibləri isə qanuna müvafiq formada cəzalandırılmalıdır.

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
"Hürriyyət"









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04
“Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59
Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42
Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27
Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22
7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47
Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37
"Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33
"Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27
Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24
Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19
Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11
Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru