Naxçıvan Dövlət Universitetində qalmaqallı kadr islahatı - “İndi ayılıblar ki, pulu lazımsız yerə xərcləyiblər”
Tarix: 15-06-2018, 09:12 | Çap et
Azərbaycanın ən böyük təhsil mərkəzlərindən biri sayılan Naxçıvan Dövlət Universitetində kadr islahatı aparılır. Daha dəqiq desək, universitetdə islahat adı ilə ciddi ixtisarlar edilir.
4 prorektorluq ləğv edilib...
Hurriyyet.org-a daxil olan məlumata görə, ali məktəbin 5 prorektor görəvindən 4-ü - elmi işlər, təsərrüfat məsələləri, beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektorluq ləğv edilib. Bu vəzifələri daşıyanlara- Mübariz Nuriyev, Araz Zalov Şamxal Məmmədov və digərlərinə isə kafedra müdirliyi və müəllimlik həvalə edilib.
Yeganə ləğv edilmədən saxlanılan tədris işləri üzrə prorektorluqdur ki, onu da uzun illər icra edən dosent Seyid Surə görəvindən kənarlaşdırılaraq Rafiq Rəhimovla əvəzlənib.
Eyni zamanda kafedraların, dekanlıqların eləcə də, şöbələrin katibə ştatlari ləğv edilib.
Məlumata görə, universitet rəhbərliyi bu islahatları təhsil ocağında yaranan ciddi maliyyə problemləri üzündən aparıb.
Eyni zamanda o da bildirilir ki, prorektor görəvindən uzaqlaşdırılanlardan biri A.Zalov Azərbaycan daxili işlər nazirinin müavini Oruc Zalovun qardaşıdır. Və onun da kadr islahatının qurbanlarından biri olması təhsil ocağının çox ciddi maddi sıxıntılarla üz-üzə qalmasını bir daha təsdiqləyir.
Xatırladaq ki, 12 fakültədə 58 ixtisas üzrə bakalavr, 43 ixtisas üzrə magistr, 35 ixtisas üzrə doktorant hazırlığı həyata keçirilən Naxçıvan Dövlət Universitetində 6 minə yaxın tələbə təhsil alır.
Universitetin rəsmi internet səhifəsində yazılanlara görə isə, 108 hektarlıq ərazidə yerləşən universitetdə hər cür imkanlara malik müasir tipli tədris korpusları var.
Eləcə də, tədris ocağı yeni informasiya texnologiyaları, müasir avadanlıqlarla təchiz edilmiş elektron siniflər, laboratoriyalar, internet mərkəzləri, elektron kitabxana ilə təchiz olunub. Dünyanın dörd qitəsində əllidən çox universitetlə əməkdaşlıq müqavilələri imzalanıb.
Avropa Universitetlər Assosiasiyası, Avropa Rektorlar Klubu, Asiya Universitetlər Assosiasiyası, Qaradəniz Universitetlər Birliyi, Qafqaz Universitetlər Assosiasiyası, İpək Yolu Universitetləri Rektorlarının Birliyi Naxçıvan Dövlət Universitetinin əlaqələrinin genişlənməsində və birgə layihələrin, beynəlxalq simpoziumların təşkilində mühüm rol oynayır. Universitetin televiziya studiyası, “Nuhçıxan” radiosu, teatr studiyası, rəqs və vokal qrupları, xor kollektivləri fəaliyyət göstərir.
Maraqlıdır, görəsən, bu qədər geniş imkanları olan bir universitetdə nədən bu qədər ciddi kadr islahatı aparılsın? Yaxud söylənilənlər nə dərəcədə doğrudur?
“Hamımız elmi dərəcəsi olan insanlarıq”
Öncə bu suallarla universitetin sabiq prorektoru Seyid Surə ilə əlaqə saxladıq. Universitetdə ixtisarlar olduğunu təsdiqləyən Surə xanım sualımızı lakonik cavabladı: “Düzdür, ixtisarlar olub. Amma işdən azad olunma yoxdur. Müəyyən təyinatlar var. Mən də prorektorluqdan kənarlaşdırılaraq kafedra müdiri təyin olunmuşam. Yəni əvvəlki görəvindən kənarlaşdırılan hər kəs müəyyən işlə təmin olunub- biri kafedra müdiri, digəri elmi katib... İşsiz qalma ehtimalı yoxdur. Hamımız elmi dərəcəsi olan insanlarıq”.
İslahatların səbəbinə gəlincə, Seyid Surə bunun digər təhsil ocaqlarında çoxdan aparıldığını qeyd elədi: “Bu islahatlar Azərbaycanda çoxdan aparılıb. Ötən il Bakı Dövlət Universitetində oxşar işlər aparıldı. Sadəcə, Naxçıvanda bu il gerçəkləşdirildi”.
“İndi ayılıblar ki, pulu lazımsız yerə xərcləyiblər”
Təhsil eksperti Nabatəli Qulamolunun fikrincə,sözügedən ali məktəbinin rəhbərliyi bu addımı vaxtilə lazımsız yerə xərclənən büdcəyə qənaət etmək məqsədiylə atıb: “Mən iqtisadçi olmasam da, az-çox təhsil sahəsini bilən insan kimi ehtimal edirəm ki, burda yeganə səbəb büdcənin dağıdılmasının qarşısını almaqdır. Naxçıvandakı ali məktəblər oranın maliyyə vəsaiti ilə keçinə bilmir. Muxtar Respublikadakı əksər qurumlara mərkəzi büdcədən ayrmalar olur. Ona görə bu məsələdə əsas məqsəd maliyyə sektoru ələ keçirmək, onun dağılmasına imkan verməməkdir. Çünki vaxtilə büdcəni lazımsız, mənasiz yerlərə çox dağıdıblar. İndi ayılırlar ki, bu büdcə fəaliyyət göstərməyə imkan vermir. Baxıb görürlər ki, bu ştatlar artıqdır. Pulu havayı yerə pul xərcləyiblər. Düzdür, orda tədqiqat aparmadan konkret demək çətindir. Amma bu addım onu göstərir ki, Naxçıvan büdcəsindəki problemi belə yolla müəyyən qədər düzəltməyə çalışırlar. Fikrimcə, təkcə Naxçıvan Universitetində deyil, digər sahələrdə də belə ixtisarlar olacaq”.
“Bu islahatların təhsilin keyfiyyətinə heç bir aidiyyatı yoxdur”
Ekspertin fikrincə, belə islahatlar təhsil səviyyəsinin yüksəlməsinə müsbət heç nə verməyəcək: “Bunun təhsilin keyfiyyətinə heç bir dəxli yoxdur. Bizim hökumət belə şeyləri düşünmür. Bütün dünyada təhsillə bağlı bir məsələyə önəm verirlər- hansı ölkədə daxili məhsulun hardasa 3 faizindən az hissəsi ayrılırsa, demək, onun təhsili bərbad gündədir. Bizdə isə bu rəqəm heç 1 faiz də deyil. Bunu edən hökumət onu niyə eləməsin ki?... İslanmışın yağışdan nə qorxusu? Bizdə belə məsələlərdə təhsilin keyfiyyəti haqda heç düşüncə belə yoxdur. Yalnız dekorativ işlər görürlər. Sadəcə, gözə kül üfürürlər”.
“Naxçıvanı elə vəziyyətə gətiriblər ki, heç kim ağzını açmağa cəsarət etmir”
N.Qulamoğlu onu da dedi ki, sözügedən təhsil mərkəzində ixtisar aparılsa da, işdən azad olunanlar çoxluq təşkil etməyəcək: “Vəzifəsindən uzaqlaşdırılanlar yəqin ki, başqa görəvlərə yerləşdiriləcəklər. Yəni işdən azad olunmalar çox az olacaq. Total narazılıqlara imkan verməzlər. Hərçənd, narazılıq edən də olmayacaq. Çünki Naxçıvanı elə vəziyyətə salıblar ki, heç kim ağzını açmağa cəsarət etmir”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40 |
|
|
|
• QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37 |
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
|