Əsas Səhifə > Güney Press, Şou-biznes > "Xalq artistlərimizin vəziyyəti əladır, harınlayıblar"

"Xalq artistlərimizin vəziyyəti əladır, harınlayıblar"


9-02-2016, 08:56
"Xalq artistlərimizin vəziyyəti əladır, harınlayıblar"
Mən bir ağsaqqal kimi istəyirəm ki, bu problemlər aradan qalxsın.

Bu sözləri əməkdar incəsənət xadimi Şeyx Əbdül xalq artistlərinin son zamanlarda yaratdıqları qalmaqallar haqda Axar.az-a danışarkən deyib. O bu hərəkətlərə son qoymaq lazım olduğunu bildirib:

“Şükür Allaha, xalq artistlərimizin vəziyyəti əladır. Amma indi harınlayıblar, biri deyir, onu tutduracam, biri deyir, onu öldürəcəm. Belə olmaz axı. O dövrdə xalq artisti adını almaq üçün 40 il sənətdə fəaliyyət göstərməli idin. İndi asan alırlar deyə, bu fəxri adın qədrini də bilmirlər. Mən bir ağsaqqal kimi istəyirəm, bu problemlər aradan qalxsın”.

Xatırladaq ki, xalq artistləri İlhamə Quliyeva və Aygün Kazımova arasında yaranan qalmaqaldan sonra tərəflər bir-birini məhkəmə ilə hədələyiblər.

Geri qayıt