Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Məşhur "Çeburaşka" apteki də bahalaşmaya töhfəsini verir...

Məşhur "Çeburaşka" apteki də bahalaşmaya töhfəsini verir...

5-02-2016, 12:21
Məşhur "Çeburaşka" apteki də bahalaşmaya töhfəsini verir...
Bakı apteklərində dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimləndiyi bəyan edilib. Buna əsasən məsul olan Səhiyyə Nazirliyidir. Lakin baxaq görək həqiqətən nəzarət edə bilirmi?
Axır vaxtlar ümumi bahalaşma fonunda hökumətin dərman siyasəti təqdirə layıqdir. Lakin işbazların və bu işbazların əhalinin başına açdığı oyunlara göz yuman məmurların hesabına hökumətin atdığı bütün addımlar heçə gedir.
Teref.infonun əməkdaşları Bakının ən ucuz apteklərindən sayılan Nizami metrosu ilə üzbə üzdə C. Cabbarlı küçəsində yerləşən aptekə girərək dərman almaq istəyəndə üzləşdiyi əsl süni dərman bahalaşdırmasına nümunə ola bilər.
Bahalaşmaya qədər 0.20 qəpiyə olan “Senadeksin” tabletkaları bu gün bu aptekdə 0.44 qəpiyə satılır. Yəni 120 % bahalaşıma.

Teref.info- nun əməkdaşı bu aptekdən bir qədər aralıda , Xarici İşlər Nazirliyi ilə üzbə üzdə yerləşən məşhur “Çeburaşka” aptekinə baş çəkib. Bu aptekdə isə fərqli bir mənzərə ilə rastlaşıb. “Senadeksin” tabletkası qonşu aptekdən ucuz yəni 0.30 qəpiyə satılırdı.
Lakin bahalaçmaya qədər 1.00 manata olan “Nitrofunqin” məhlulu “Çeburşaka” aptekində 9.00 manata satılır. Yəni birdən birə 900% bahalaşma.

Axı heç iqtisadiyyatımızda bu qədər bahalaşma olmayıb.
Teref.infonun əməkdaşının “Çeburaşka” aptekinin özünü baş mütəxəsis kimi təqdim edən Pərvanə xanıma bu barədə sualına Pərvanə xanım “Dərmanların depodan belə baha gəldiyini və beləcədə yazın!” dedi.
Əməkdaşımız Pərvanə xanımın diqqətinə bir qədər əvvəl "Avis" apteklər şəbəkəsinin Patamdarda yerləşən aptekində eyni “Nitrofunqin” məhlulunun 5manat 40 qəpiyə satıldığını deyərək, apteklərdə dərman qiymətlərinin niyə belə frq etdiyini soruşanda, xanımn ancaq çiyinlərini çəkməklə kifayətləndi
Lakin adının çəkilməsini istəməyən bir depo əməkdaşı Teref.info-nun əməkdaşı ilə söhbətində isə bu bahalaşmanın əsl səbəbinin onlar yox, bahalaşma ilə birlidə qalxan rüşvətləri ittiham etdi. Onun dedikləri: “ Bizlik nə var ki, vüergi haqqlarını artırıb, əvvəl 5 alırdısa, indi 15 alır, gömrükdə eləcə. Hələ Səhiyyə Nazirliyini demirəm!!! Həmısı haqqını tələb edir.Qiymətləri qaldırıblar kəllə çarxa. Bizdə nə etməliyik, ziyana işləməyəcəyik ki?”
Beləliklə Səhiyyə Nazirliyinin bizə apteklərdə nəzarətin güclü olduğunu və qiymət siyasəti tam nəzarətdə olduğunu deməyinə baxmayaraq, bu nazirliyin hələlik heç nəyə nəzarət etmədiyinin şahidi oluruq. Sadəcə 2 dərman qiymətində heç də bir birindən uzaq olmayan apteklərdə belə qiymət fərqi varsa..........
Adları çəkilən hər bir şəxsin fikirlərini dinləməyə hazırıq!

Geri qayıt