Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Odundağ yüksəkliyi ermənilərin əlinə nə zaman keçmişdi ki?

Odundağ yüksəkliyi ermənilərin əlinə nə zaman keçmişdi ki?


26-01-2016, 11:57
Odundağ yüksəkliyi ermənilərin əlinə nə zaman keçmişdi ki?
DİA.AZ: - Dünən məlumat yayıldı ki, Azərbaycan Ordusu daha bir uğura imza atıb. Müdafiə Nazirliyi Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Noyemberyan yaşayış məntəqəsi arasındakı ərazidə yerləşən “Odundağ” yüksəkliyinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi və ətraf erməni ərazilərinin asanlıqla müşahidə edilməsi barədə yayılan məlumatları təsdiq edib.

Nazirliyin mətbuat xidmətindən aşağıdakıları deyiblər: "Faktı təsdiq edərək bildiririk ki, həqiqətən həmin yüksəklik əlverişli və əhəmiyyətli olduğu üçün bölmələrimiz tərəfindən nəzarətə götürülüb, taktiki və mühəndis-istehkam baxımından gücləndirilib".

DİA.AZ bildirir ki, dünən erməni KİV-ləri Odundağın Azərbaycan tərəfindən ələ keçirildiyini yazmışdılar. Və Azərbaycan MN də bu faktı təsdiqlədi.

Amma bu olaya fərqli reaksiyalar da var.

Məsələn, Göyçay sakini olan İlham Əlisoy adlı "facebook" istifadəçisi yazır ki, əvvəllər Odundağ bizdə olub və hətta həmin ərazidə hərbi qulluq da keçib. İlham Əlisoyun olaya verdiyi status-reaksiyanı təqdim edirik:

Odundağ yüksəkliyi ermənilərin əlinə nə zaman keçmişdi ki?

"Müdafiə Nazirliyi “Odundağ” yüksəkliyinin Azərbaycan Ordusu tərəfindən tutulması barədə xəbəri təsdiqləyib.

2000 okytabr ayından 2002 ci ilin apreline qeder Qazax rayonunda herbi xidmetde olan birisi kimi deye bilerem ki, "Odundağı" adlandırılan sözügeden yükseklik bizde olub. Hetta orada ZRAB'ın (Zenit Raket Artelleriya Batareyası) postu da var idi. Men de ZRAB'ın esgeri kimi Qazax rayonu Abbasbeyli kendi erazisinde yerleşen strateji yüksekliklerin birinde (postda) qulluq etmişem. Qeribedir, "Odundağı" ne zaman ermeninin eline keçmişdi ki, dünen onu geri qaytarıblar? Eger heqiqeten keçmişdise,bu barede Müdafie Nazirliyi ictimaiyyete melumat verib mi?!

PS: Men bir neçe defe Odundağında olmuşam. Orada olan esger yoldaşlarım telime gedende onları müveqqeti evez edenlerden biri de men olmuşam.
Şekil ise Abbasbeylide, yerli camaat arasında "Demye dağı" adlandırılan yükseklikde çekilib. Esger heyatımın 15 ayı bu dağda keçib".

DİA.AZ bildirir ki, "Facebook"da hadisə ilə bağlı şərhlərdə o da qeyd olunur ki, Odundağ zirvəsi ermənilərə keçmiş Müdafiə Naziri Səfər Əbiyevin zamanlarında təslim edilibmiş və Zakir Həsənovun qətiyyətli əmrləri ilə hərəkət edən Azərbaycan Ordusu həmin strateji yüksəkliyi yenidən Azərbaycana qaytarıb.

Geri qayıt