Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > “Makromart” da fırıldaqda ittiham olunur...

“Makromart” da fırıldaqda ittiham olunur...


30-12-2015, 11:48
“Makromart” da fırıldaqda ittiham olunur...
“Makromart” supermarketlər şəbəkəsinin növbəti fırıldağı üzə çıxıb.

VİZUAL.az-a verilən məlumata görə, şəbəkənin Lənkəranda fəaliyyət göstərən mağazası müştəriləri aldatmaqla məşğuldur.

Ölkədə baş verən ikinci devalvasiyadan sonra mağaza qiymətləri ceyran belinə mindirib. Rəflərdə məhsulların köhnə qiymətini saxlayan mağaza işçiləri kassa aparatlarında qiymətləri azı 35-40 % qaldırıb.

Dekabrın 24-də belə bir hal növbəti dəfə təkrarlanıb. “Gillette” məhsulunun üzrində 10,05 manat yazılsa da, kassaya çatanda məlum olub ki, bu məhsulun qiyməti 13,10 manatdır.

“Makromart” da fırıldaqda ittiham olunur...

Adının açıqlanmasını istəməyən müştəri rəhbərliyə şikayət edib. Lakin ona məhəl qoymayan mağaza işçiləri bunu qiymət artımı ilə əlaqələndirib. “Makromart” supermarketləri paytaxtda fəaliyyət göstərən mağazaları da fırıldaqçılıqda geri qalmır.

Məsələn, 22.12.2015-ci il tarixdə sözügedən marketlərdə satışda olan malların 90%-nin qiyməti 15%-dən 50%-ə qədər artırılıb və qiymət artımı həm xaricdən gətirilmiş, həm də yerli istehsal olan məhsullara şamil edilib.

“Makromart” da fırıldaqda ittiham olunur...

Bəzi məhsulların (çayların, tualet kağızlarının və s) üzərində isə bu günə qədər qiymət kağızları vurulmayıb. Aparılan araşdırma zamanı məlum olub ki, paytaxtın Nəriman Nərimanov rayonunda yerləşən “Makromart” supermarketində Ariel yuyucu tozu – 1.5 kq-lıq 5.36 manata yazılsa da, 5.88 manata çekə vurulub.

Salfetka SUN 100əd. 1 paçkası – yazılıb 0.55 manat, çekdə vurulub 0.72 manat, Utyonok – 1ədəd 3.55 manat yazılıb çekdə vurulub 4.16 manat. Beləliklə, 45.31 manatlıq alış-veriş zamanı malların üzərində yazılmış qiymətlərdən 1.99 manat artıq pul alınıb.

“Makromart” da fırıldaqda ittiham olunur...

Digər bir müştəri isə 25.12.2015-ci il tarixdə etdiyi 8.24 manatlıq alış-veriş zamanı əlavə 0.98 manat artıq pul verməli olub.

Vurğulayaq ki, “Makromart” mağazalarında satılan yerli malların qiyməti də süni şəkildə şişirdilib. “Azərsun” brendi altında satılan ərazaqlar başqa supermarketlərlə müqayisədə ən azı 10-20 qəpik baha qiymətə satılır.

Şikayətçilər VİZUAL.az-a yaxın vaxtlarda İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edəcəklərini bildirib.

Geri qayıt