Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > AGBank müflis olub?

AGBank müflis olub?


28-12-2015, 11:05
AGBank müflis olub?
Manatın növbəti devalvasiyasından sonra, bahalaşma ilə yanaşı, işsizlik qorxusu da cəmiyyətdə kök salmağa başlayıb. Son zamanlar Qafqaznews.az-a daxil olan çoxsaylı müraciətlər onu deməyə əsas verir ki, artıq bu qorxu reallaşmağa başlayıb. Belə ki, redaksiyamıza məlumat verən AGBank əməkdaşlarından biri (artıq həmin şəxsə “eks-əməkdaş” da demək olar – red.) adıkeçən bank rəhbərinin yeni il ərəfəsində fərqli bir “anti-böhran” tədbirinə əl atdığını bildirib. Onun sözlərinə görə, AGBank rəhbərliyi “il sonu hədiyyəsi” kimi, işçilərin çoxuna “könüllü” istefa ərizəsi yazdırıb və “öz hesablarına məzuniyyət” adı ilə yüzlərlə insanı “dincəlməyə” göndərib. Əldə etdiyimiz məlumata görə, “AGBank”ın Bakıda və bölgələrdə olan bütün filiallarında əməkdaşların yarıdan çoxu bu “sürpriz”lə üzləşiblər. Həmsöhbət olduğumuz başqa AGBank əməkdaşları ilə də söhbət zamanı məlum oldu ki, bank rəhbərliyi nə bankda, nə də vətəndaşlarda “pul qalmadığını”, bir müddət sonra həmin əməkdaşlara “zəng edəcəklərini” bildiriblər. “Könüllü ərizə” yazmağa məcbur edilən əməkdaşların çoxu isə vətəndaşlara kiçik həcmli kreditlərin verilməsi üzrə mütəxəssislər olub. Xatırladaq ki, əməkdaşlara məcburi sürətdə “könüllü” işdənçıxma ərizəsi yazdırmaq Azərbaycan Respublikası Əmək Məcəlləsinə birbaşa ziddir. Mövzunu diqqətdə saxlayacağıq. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt