Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Daha bir endirim FIRILDAĞI
Daha bir endirim FIRILDAĞI18-12-2015, 11:37 |
Mağazaların endirim fırıldaqlarını kim dayandıracaq? "Bir ay öncə "MusicGallery"dən blender aldım. Qiyməti münasib olduğu üçün mağazanın adını yadımda saxladım ki, gələn dəfə gələndə də daha bir neçə yeni şey alım. Üstündən heç bir həftə keçməmiş yenidən həmin mağazaya getdim. Qapıda endirim kampaniyasını görəndə isə çox sevindim. Düşündüm ki, bu dəfə malları daha da ucuz qiymətə satırlar, amma içəri girəndə şok oldum. Bir həftə öncə mənim 55 manata aldığım blender indi 99 manata satışa qoyublar. 40% endirim adı ilə malı 59,9 manata, yəni əvvəlki qiymətindən baha satışa çıxarıblar". DİA.AZ baku.ws-ə istinadən xəbər verir ki, bunu sayta endirim fırıldaqlarından şikayət edən Bakı sakini Cəmil Əlizadə söyləyib. Gənc oğlan deyir ki, mağazalar bu cür kampaniyalarla satılmayan mallarını alıcıya ucuz qiymət adı ilə sırımağa çalışır. Paytaxtda fəaliyyət göstərən bir neçə mağazada da bu cür hallarla rastlaşdığını deyən gənc, qanunsuz halların qarşısını almaq üçün ciddi tədbirlər görülməsini vacib sayır. 1993-ci ildə yaradılmış "MusicGallery" şirkəti hazırda müasir formatlı evləri məişət texnikası və elektronika ilə təchiz edən ticarət şəbəkəsinin ən qabaqcıl mağazalarındandır. Ancaq təəssüf ki, bu cür hallara əl atan şirkətlər qazanc əldə etsə də öz imicinə ciddi zərbə vurur. İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bu cür nöqsanlar və saxtakarlıqlar aşkarlandıqda lazımi ölçülər götürür. Dövlət Xidməti mağazanın pəncərəsində "Endirim” məzmunlu reklam yerləşdirilsə də, mağazada satışda olan malların qiymətinə endirim tətbiq edilmədiyi, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığını aşkar etdikdə qanunsuz reklamın yayımı dayandırır. Qanun pozuntusuna yol vermiş şirkət barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür. Geri qayıt |