Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Masallı xəstəxanasının önündə qeyri-adi etiraz...

Masallı xəstəxanasının önündə qeyri-adi etiraz...


16-12-2015, 11:23
Masallı xəstəxanasının önündə qeyri-adi etiraz...
DİA.AZ: - Xəstəxanada qəbul edilməyən vətəndaş küçənin ortasında yerə uzanıb. DİA.AZ bildirir ki, bu hadisə dekabrın 15-də Masallı şəhərinin İsgəndərli qəsəbəsində yerləşən xəstəxananın qarşısında baş verib. Xəstənin bu qeyri-adi etirazının isə səbəbi var.

Hadisə şahidlərinin verdiyi məlumata görə, adıçəkilən tibb müəssisəsində qəbul etmədiyinə görə şəkildə gördüyünüz bu vətəndaş yaxınlıqdan keçən yolun ortasında yerə uzanıb.

Nəticədə həmin küçədə avtomobillərin hərəkəti bir müddət məhdudlaşıb, əraziyə xeyli sayda insan toplşıb.

Baş verənlərlə bağlı Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərovdan mövqe öyrənmək mümkün olmayıb.

DİA.AZ bildirir ki, xəstəni qəbul etmədiklərinə görə, belə bir etiraz forması seçib. Qarşı tərəfi də dinləməyə hazırıq...

Masallı xəstəxanasının önündə qeyri-adi etiraz...

Geri qayıt