Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Şahin Mustafayev keçmiş nazirin qohumlarını barındırır...
Şahin Mustafayev keçmiş nazirin qohumlarını barındırır...15-12-2015, 12:32 |
Eks Milli Təhlükəsizlik naziri, hazırda harada olduğu açıqlanmayan Eldar Mahmudovun vəzifədən uzaqlaşdırlmasından sonra ona yaxın adamların fəaliyyəti nəzarətə götürüldü. Son günlər yayılan xəbərlər və bunun fonunda edilən həbslər buna bariz subutlardır. Araşdırmalar zamanı bəlli olurb ki, Eldar Mahmudov Milli Təhlükəsizlik naziri olmaqla yanaşı öz admlarını və yaxın qohumlarını müxtəlif nazirlik və komitələrə, hətta Milli Məclisə yerləşdirməklə ciddi işlər görürmüş. Artıq bir neçə nazirlik və komitələrdə, parlamentdə ona çalışan adamlarının kimliyi bəllidir. Bizimxeber.az-a daxil olan məlumata görə, Eldar Mahmudovun daha bir neçə qohumu və yaxın adamı İqtisadiyyat və Sənaye Nazirliyində yüksək postlar tutur. Belə ki, E.Mahmudov onların əli ilə istədiyi sahibkara təzyiq edə, istədiyi marketlər şəbəkəsində yoxlamalar aparıb sahibkarlardan külli miqdarda pul alırmış. Məlumatlı mənbə bildirir ki, E.Mahmudovun İSN-də olan adamları hazırda işə gəlmir və onların harda olduğu bəlli deyil. Bizimxeber.az-a daxil olan daha bir məlumatda qeyd olunur ki, bu adamlar nazir Şahin Müstafayevin zamanında işə götürülüb. İSN-də E.Mahmudovun adamılarının kimliyi barədə dəqiq məlumatlar verəcəyik. Geri qayıt |