Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Astara gömrüyündə özbaşınalıq əvvəlki qaydada davam edir...

Astara gömrüyündə özbaşınalıq əvvəlki qaydada davam edir...


8-12-2015, 11:48
Astara gömrüyündə özbaşınalıq əvvəlki qaydada davam edir...
DİA.AZ: - "Mallarımız gömrükdə qalıb, 500 dollar rüşvət istəyirlər. Gətirdiyimiz maldan qazancımız nədir ki, onu da elə gömrükdə paylayaq? Bəs deyirdilər, rüşvət bitdi, daha sahibkarları incitməyəcəklər". Bunu DİA.AZ-a sahibkarlardan biri deyib. Onun sözlərinə görə, Astara gömrüyündə onları əvvəlki qaydada incidirlər, əvvəlki qaydda onlardan rüşvət tələb edirlər.

Adının çəkilməsini istəməyən sahibkar danışır: "Əslində gizlənmirəm. Amma hələ də malım onların əlindədir. İstədiklərini edə bilərlər. Rüsumu ödəyirəm, amma yenə də rüşvət tələb edirlər. Biz hara şikayət edək?"

Onu da bildirək ki, daha bir neçə sahibkar da Astara gömrüyündəki özbaşınalıqlardan giley edirlər. Narazı sahibkarlar dia-az.site-ın bölgə müxbiri ilə söhbətlərində bunları deyiblər:

"Bir ara rüşvət yığışdı. Amma yenə də əalvə ödmələr qalmışdı. Naməlum adamlara haqq ödəyirik. Miqdarı az olduğundan etiraz etmirdik. Amma indi yenidən əvvəlki rüşvət miqdarını bərpa ediblər. Belə olmaz axı. Biz də yaşamalıyıq, ailəmizi dolandırmalıyıq".

dia-az.site bildirir ki, əməkdaşımızın hazırladığı daha geniş reportajı təqdim edəcəyik.

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt