Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "Rəhbərlik deyib ki, yanacağa qənaət edin, ona görə qoşqunu özümüz dartırıq"

"Rəhbərlik deyib ki, yanacağa qənaət edin, ona görə qoşqunu özümüz dartırıq"


4-12-2015, 12:52
"Rəhbərlik deyib ki, yanacağa qənaət edin, ona görə qoşqunu özümüz dartırıq"
Ağdaşda insanlığa sığmayan hadisə baş verib. Belə ki, rayon mərkəzinin təmizliyinə məsul işçilər traktor qoşqusunu özləri dartır. Kadrlardan da göründüyü kimi yaxınlıqda traktor ola-ola qoşqunu fəhlələr dartırlar. Adlarının açıqlanmasını istəməyən fəhlələr bildiriblər ki, onlar bu addımı yanacağa qənaət etmək üçün atıblar. Onlar bildirirlər ki, təmizlik işləri ilə yanaşı daşımanı da özləri həyata keçirirlər.

"Rəhbərlik deyib ki, yanacağa qənaət edin, ona görə qoşqunu özümüz dartırıq"

Səbəb isə texnikanın olmamasıdır. Məsələyə aydınlıq gətirmək məqsədilə Ağdaş rayon icra hakimiyyəti ilə əlaqə saxladıq. Suallarımızı aparatın ictimai məsələlər üzrə şöbənin rəhbəri Qalib Həsənov cavablandırdı. O, bildirdi ki, məsələdən xəbərdar deyil və bu işlərə icra hakimiyyəti yox, başqa qurum cavabdehdir.




Geri qayıt