Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Sıra icra başçılarına çatdı...

Sıra icra başçılarına çatdı...


13-08-2021, 12:54
Sıra icra başçılarına çatdı...
DİA.AZ: - Nəhayət ki, uzun müddətdən bəridir proqnozlaşdırılan kadr islahatlarına start verilir. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki mötəbər mənbə informasiya verib.

Xəbəri verən qaynaq bildirir ki, yaxın günlərdə, daha çox ehtimal olunanı 3 rayonun icra hakimiyyətinin başçısının dəyişdirilməsidir.

Mənbənin bildirdiyinə görə, Qusar, Astara və Goranboy rayon icra başçıları dəyişdiriləcək.

Mənbənin dia.az-a spylədikləri: "Bu 3 icra başçısının heç biri yenidən hansısa vəzifəyə təyin olunmayacaq".

Əlavə bilgilərimiz olacaq. Bizi izləyin...

Geri qayıt