Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > “Azərsu”-nun yüksək çinli məmuru Etibar Məmmədovdan özbaşınalıq...

“Azərsu”-nun yüksək çinli məmuru Etibar Məmmədovdan özbaşınalıq...


24-11-2015, 12:43
“Azərsu”-nun yüksək çinli məmuru Etibar Məmmədovdan özbaşınalıq...
Qafqaznews.az bildirir ki,Şabran rayonu Pirəmsən kənd sakini Məmmədov Fazil Şamil oğlu 2014-cü ildə hasar qonşusu Həmidova Bədyalcamaldan içərisində yarımçıq tikili olan 4 sot torpaq sahəsini 450 manata alıb. Öz aralarında müqavilə bağlansa da, sonradan məlum olub ki, torpağın sənədləri üçüncü şəxsin adınadır. Torpağı sahibindən xəbərsiz kürəkəni – keçmiş bələdiyyə sədri Elxan İsayev torpaq sahibi ilə notariusa getmədən, sahibinin alqı-satqıdan xəbəri olmadan “Azərsu”ASC-də yüksək vəzifəli şəxs üçün satıb və torpaq Hafiz Quliyevin adına sənədləşdirilib. Bununla bağlı polis və prokurorluq orqanlarına şikayət olunub, amma E.İsayev və B. Həmidovanın izahatları qanunsuz olaraq bir yerdə alınıb.

“Azərsu”-nun yüksək çinli məmuru Etibar Məmmədovdan özbaşınalıq...

Məsələyə laqeyd yanaşılıb və dələduzluq olduğu halda polis mülki məsələ kimi münasibət bildirib. Məhkəməyə müraciət olunsa da, məhkəmə də işə birtərəfli baxıb. B. Həmidova və kürəkəni E. İsayevin polisə verdiyi ilkin ifadələri yazılı şəkildə əlimizdə olduğu halda, həmin ifadələr saxtalaşdırılıb. Apellyasiya məhkəməsinə şikayət olunub, orada işə iki dəfə baxdıqdan sonra B. Həmidovanın və E. İsayevin məhkəməyə gətirilməsini tələb edib, sonra işi yenidən rayon məhkəməsinə geri qaytarıb və müəmmalı şəkildə qərar verilib ki, mülki məsələ olduğuna görə, Apellyasiya məhkəməsi bununla bağlı qərar verə bilməz, işə Şabran rayon məhkəməsi baxmalıdır.

“Azərsu”-nun yüksək çinli məmuru Etibar Məmmədovdan özbaşınalıq...

Qeyd edək ki, B. Həmidova həmin şəxsi tanımadığını və ondan pul almadığını izahatlarında da qeyd edib. Kürəkəni E. İsayev isə bildirib ki, sizin nə etməyinizdən asılı olmayaraq bu torpaq “Azərsu”ASC-də yüksək çinli dövlət məmuru – Birləşmiş Su-Kanal MMC-nin direktoru Etibar Məmmədov üçün alınıb və qərar dəyişməyəcək. Məhkəmə qərar çıxarıb ki, torpaq su-kanal idarəsinin rəhbərinə qaytarılsın və torpağa çəkilmiş hasar F. Məmmədov tərəfindən sökülsün. Qarşı tərəfdən hər dəfə məhkəməyə Şabran, Quba və Sumqayıt Su İdarələrinin müdirləri gəlib, özü isə gəlməyib.

5 min manatdan çox xərci çıxan F. Məmmədov 8 dəfə Şabran məhkəməsi, 3 dəfə Sumqayıt Apellyasiya məhkəməsinə gedib. 90 yaşlı qoca 2 ildir məhkəmələrdə süründürülür. Müharibə və əmək veteranı olan F. Məmmədov işə ədalətli baxılmasını, dələduzluq faktlarının araşdırılmasını, heç olmasa, torpağın hasarına çəkdiyi xərcin qaytarılmasını istəyir.

“Azərsu”-nun yüksək çinli məmuru Etibar Məmmədovdan özbaşınalıq...
“Azərsu”-nun yüksək çinli məmuru Etibar Məmmədovdan özbaşınalıq...

Geri qayıt