Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Ağstafada səhiyyə adına rəzalət...

Ağstafada səhiyyə adına rəzalət...


23-11-2015, 13:04
Ağstafada səhiyyə adına rəzalət...
Prezident İlham Əliyevin göstərişləri nəticəsində bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də dinamik inkişaf başladı. Bölgələrdə yeni tipli xəstəxanaların, diaqnostika mərkəzlərinin tikilməsi və pulsuz dərman pereparatları ilə təmin olunması deməyə əsas verir ki, əhaliyə səhiyyə qayğısı yaxşılaşmaqdadır.

Həyata keçirilən inkişafa baxmayaraq, bölgə əhalisinin böyük bir hissəsi keyfiyyətli səhiyyə xidmətlərindən istifadə edə bilmir. İşlərinin öhdəsindən gələ bilməyən kadrların səhiyyə şöbəsinə rəhbər təyin olunması yaxşı işlərə kölgə salmaqdadır. Mərkəzi xəstəxanalara baş həkim təyin olunanlar həmin sahəyə yalnız gəlir mənbəyi kimim baxırlar.

İlham Mustafayev Ağstafa Rayon Mərkəzi Xəastəxanasına rəhbər təyin olunanda hər kəs elə düşünürdü ki, Mustafayev xüsusi göstərişlə gəlib. Gec də olsa hər kəsin yaxşı tibb xidmətlərindən yararlanacağı günü gözləyirdilər. Çünki İlham həkim təzə gələndə deyirdi ki, “Bakıda işlərim “bomba” kimi idi. Pula pul demirdim. Məni Ağstafaya məcburi göndəriblər. Baş həkimin təyinatından 20-25 gün sonra açdığı hoqqabazlığı görənlər pıçıldaşırdılar ki, “doktor Ağstafaya sürgün” olunub”.

Az vaxtda dərman vasitələri və pereparatları pasientlərə satılmağa başladı. Hər şöbəyə “agent” təyin edib həkimlərin və tibb işçilərinin gəlirlərini hesablayıb aylıq plan qoydu. Bu biabırçılıqdan bezən ağstafalılar məcburiyyət qarşısında qonşu rayonlara , mərkəzə üz tutmalı oldular. Təsəvvür edin, 2008-ci ildə 150 çarpayılıq xəstəxana standarta uyğun əsaslı təmir edilmiş və bütün tibb avadanlıqları ilə təmin olunmuşdur. Mustafayevə bircə iş qalmışdır ki, yaxşı rəhbər olmaq, səhiyyə nazirinin göstərişlərinə məhəl qoymaq . Amma, baş həkim özünü nazir kimi aparmağa başladı, qəbuluna gələnlərlə görüşü digərlərinə həvalə etdi. Demək olar ki, Mustfayev baş həkim təyin olunandan rüşvət və korrupsiya haları 2-3 dəfıə artıb. Onun nəticəsidir ki, baş həkim Qazğın Ağköynək kəndində 3 ayın içində elə bir villa tikdirib ki, hələ də dəyərini hesablayıb bilən yoxdur.

Ağstafa səhiyyəsində pulsuz tibbi xidmətdən danışmaq əbəsdir. Xəstələr müalicə olduqları vaxt isti yeməklə təmin olunmalı olduğu halda, soyuducuya nəzər salanda məlum oldu ki, hamısı ev yeməkləridir. Ayrılmış qida məhsulları yalnız baş həkimə məxsusdur. İlham Mustafayevin şöbələrə haqq qoyması doğum şöbəısini də sailkələdi. Həkimlər baş həkimin planını doldurmaq üçün xəstələrə xidmətdən yayınmağa başlamışdılar. Xəstələrin yaxınları məcbur olub həkimlərin bığının altından keçməli olurdular. Odur ki, 1988-ci il təvəllüdlü Təranə Əhmədova martın 2-də Ağstafa Rayon Mərkəzi Xəstəıxanasında qeyseriyyə əməliyyatı ilə uşaq dünyay gətirib. Martın 3-də isə ana dünyasını dəyişib. Səhiyyə nazirliyi işə müdaxilə etdi.

Nazirliyin Doğumayardım komissiyası iclas keçirdi, qərar qəbul etdi. Baş vermiş ölüm hadisəsi təhlil edildi. Ciddi nöqsanlar üzə çıxdı. Doğum şöbəsinin müdiri Ziba Məmmədova tutduğu vəzifəsindən azad edildi. Digər bir neçə həkimlərə xəbərdarlıq olundu, töhmət verildi. İlham həkimə isə “gözün üstə qaşın var”, deyən olmadı. Odur ki, baş verənlər də baş həkimi narahat etmir. Bəlkə də həmin hadisəyə görə baş həkim də tənbeh olunub. Amma, özü deyir ki, mənim arxamda duranlar var, heç kim mənə heç nə deyə bilməz! Hamı bilir ki, mən ailəyə yaxınam. Mustafayevin hoqabazlığının nəticəsidir ki, Ağstafa səhiyyəsi qara günlərini yaşayır.

Ağstafa səhiyyəsində baş alıb-gedən korrupsiya hallarında baş həkim İlham Musatafayev rəhbərlik edir. Hələ ki, görünən tərəfləri budur. 2014-cü il tarixdə bir nəfərin hesabına 39.338 manat köçürülüb. Guya dəftərxana ləvazimatları götürülüb. Hansı ki, həmin şəxsin VÖEN-i yoxdur. Həmin şəxs bildirdi ki, onda heç bir dəftərxana ləvazimatları olkmayıb. Mustafayev pulu köçürtdürüb, 39 000 manat nəğd götürüb.

Mərkəzi Xəsstəxana binası 2012-ci ildə əsaslı təmir tam başa çatdığı, həmin görkəm bu gün də yerində olduğu halda, İlham Mustafayev MMC-lərdən birinə əsaslı təmir üçün 80. 896 manat, cari təmir üçün 39.400 manat köçürüb və nəğd götürüb. Çünki həmin MMC-nin adı xətmkaza məxsus deyidir. Hələ görünməyən tərəflərdə nələr olduğu mövcuddur.

Əminik ki, səhiyyə nazirliyi İlham həkimin hoqqabazlığa göz yummayacaq. Baş həkimin dediklərinə inansaq... Məcburi göndərilibsə, məcburi də ağstafalılar xidmətsizlikdən xilas olmalıdırlar.

(mövzunu diqqətdə saxlayacağıq)

Geri qayıt