Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Səhiyyə nazirliyində çoxdan gözlənilən kadr islahatı

Səhiyyə nazirliyində çoxdan gözlənilən kadr islahatı


19-11-2015, 11:59
Səhiyyə nazirliyində çoxdan gözlənilən kadr islahatı
DİA.AZ: - Redaksiyamıza daxil olan məlumata görə, səhiyyə nazirliyində növbəti kadr islahatı həyata keçirilib.

Bu barədə DİA.AZ-a məlumat verən nazirlikdəki mənbə bildirir ki, səhiyyə nazirinin müavini Elsevər Ağayev tutduğu vəzifəsindən azad edilib.

Qeyd edək ki, Elsevər Ağayev Əli İnsanovdan qalma qeganə nazir müavini idi. Uzun müddət "Əli İnsanovun kadrı" kimi tanınan Elsevər Ağayevlə işləyən Oqtay Şirəliyev indi onunla yollarını ayırır.

Bildirək ki, Elsevər Ağayev həm də nazirlikdə intriqabaz məmur kimi də tanınırdı. Onun məhz intriqaları səbəbindən nazirlikdə bir neçə önəmli fiqur iş yerini itirmək zorunda qalmışdı.

Onu da bildirək ki, nazirlikdən bu məlumatla bağlı hansısa açıqlama verilməyib.

Geri qayıt