Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > “Reket” nazirə Seyfulla Qasımov və Tofiq Babayev belə dözə bilmədilər

“Reket” nazirə Seyfulla Qasımov və Tofiq Babayev belə dözə bilmədilər


10-11-2015, 11:54
“Reket” nazirə Seyfulla Qasımov və Tofiq Babayev belə dözə bilmədilər
2 aprel 2005-ci ildə Milli Təhlükəsizlik Nazirliyi mart ayının 10-da Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin "Qara kəmər" şərti adı altında keçirdiyi xüsusi əməliyyat nəticəsində qəsdən adamöldürmə, adam oğurluğu və digər xüsusilə ağır cinayətlər törətmiş və uzun illər cəzasız qalmış təhlükəli banda zərərsizləşdirilməsi ilə bağlı xəbər yayımlamışdı.

Vətəninfo.az xəbər verir ki, yayımlanan məlumatda deyilirdi ki, əməliyyatın uğurla keçirilməsində xüsusi fərqlənmiş Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşının təltifolunma mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmin banda və onun üzvlərinin törətdiyi hüquqazidd əməllər barədə hələ 2001-ci ildə respublikanın Baş Prokurorluğundan Milli Təhlükəsizlik Nazirliyinə göndərilmiş yazılı məlumatların yoxlanılması ilə bağlı göstərilmiş fəaliyyətsizliyə və itirilmiş illərə görə ciddi iradlarını bildirmişdi.

"Bununla əlaqədar, nazirlikdə xüsusi yoxlama qrupu yaradılmış və daxili təhqiqat aparılmışdı. Müəyyən edilmişdir ki, Azər İsmayılovun və Rövşən Əliyevin öldürülməsi faktları ilə bağlı başlanmış cinayət işləri üzrə 2001-2003-cü illərdə Baş Prokurorluqdan Milli Təhlükəsizlik Nazirliyinə daxil olan ümumilikdə 8 əməliyyat tapşırığında hazırda zərərsizləşdirilmiş bandanın artıq məsuliyyətə cəlb edilmiş bir çox üzvünün adlarının qeyd olunmaqla, onların bu cinayətlərdə iştirakının mümkünlüyü barədə fərziyyələrin yoxlanılması həvalə edilib".

Yayımlanan məlumatda deyilirdi ki, həyata keçirilmiş əməliyyat-axtarış və əməliyyat-texniki tədbirlərin nəticələri üzrə Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat heyəti tərəfindən tərtib olunmuş arayışlarda göstərilən şəxslərin qəsdən adamöldürmə və adam oğurluğu cinayətlərində iştiraklarını ehtimal etməyə əsas verən halların, onların ifşası istiqamətində məqsədyönlü əməliyyat tədbirlərinin keçirilməsini vacib edən ayrı-ayrı xüsusatların olmasına baxmayaraq, bu sənədlərdə sabiq milli təhlükəsizlik naziri Namiq Abbasovun və əməliyyat sahəsinə kuratorluğu həyata keçirən nazir-müavini general-mayor Tofiq Babayevin icranın təşkili üzrə demək olar ki, istiqamətverici göstərişləri olmamış, başlıcası isə bu yönümdə fəaliyyət məntiqi sonluğa çatdırılmayıb.

Yuxarıda MTN-nin yayımlamış olduğu məlumatda "sabiq milli təhlükəsizlik naziri Namiq Abbasovun və əməliyyat sahəsinə kuratorluğu həyata keçirən nazir-müavini general-mayor Tofiq Babayevin icranın təşkili üzrə demək olar ki, istiqamətverici göstərişləri olmamış, başlıcası isə bu yönümdə fəaliyyət məntiqi sonluğa çatdırılmayıb”-ifadəsini gördünüz. Yəni həyatını Azərbaycanın milli təhlükəsizlik sistemində təcürbəli agentlər,bu sahənin ən əhəmiyyətli üzvülərinin yetişdirilməsinə sərf etmiş Tofiq Babayev icranın təşkili üzrə demək olar ki, istiqamətverici göstərişləri olmamış, başlıcası isə bu yönümdə fəaliyyət məntiqi sonluğa çatdırılmayıb. O dövürdə MTN-dən təqaüdə çıxan təcürbəli agentlər MTN-nin məlumatı yayımladığı zaman hansı şəkildə hiddətləndiyini təsəvvür etmək çətindi. Çün ki, Tofiq Babayevi tanıyanlar bilirdilər ki, MTN-nin başına gətirilən Eldar Mahmudov kimi bu sahəni bilməyən naşı "OBOXEYİZ” Tofiq Babayevin öz sahəsinə necə bağlı olduğunu dərk edə bilməzlər. Elə bilmədiyi üçün də Tofiq Babayev kimi bir şəxsisabiq nazir Namiq Abbasovun müavini olduğunu görə yola vermədi. Tofiq Babayevdə məcburən təqaüdə göndərildi. Yəni bir növ Eldar Mahmudov MTN-də ona maniələr yarada biləcək əsil işinin peşəkarlarını VURDU və uzaqlaşdırdı. Tofiq Babayev MTN-dən uzaqlaşdırılsa da orada baş verənlərlə bağlı davamlı məlumatlar alır Eldar Mahmudovun MTN-ni bir bazara çevirdiyini eşitdikcə, ölkənin milli təhlükəsizlik sistemini reketçilik yuvasına çevirdiyini duyduqca ömrünü bu sahəyə adamış insan daha da qəzəblənir,min bir zəhmət hesabına yaradılan siztemin çöküşünə şahidlik etməsinə dözə bilmirdi. Təssüflər olsun ki, sabiq nazir Namiq Abbasovun əməliyyat sahəsinə kuratorluğu həyata keçirən müavini olmuş general-mayor Tofiq Babayev dünyaaın dəyişdi.

Bəs Seyfulla Qasımov?

Milli Təhlükəsizlik Nazirliyinin o dövürdə yayımladığı məlumatda daha sonra deyilirdi:

"Daxil olmuş əməliyyat tapşırıqlarının icrasının nəticələri üzrə gəlinmiş qənaətlər barədə faktiki olaraq cavab məktubları göndərilməmiş, yalnız Baş Prokurorluğun rəhbər heyətinin və cinayət işlərinin istintaqını aparan müstəntiqlərin şifahi şəkildə məlumatlandırılmasına dair qeydlər edilməsi ilə kifayətlənilmişdir. Məsələnin müzakirələrinə həsr olunmuş əməliyyat müşavirələri sənədləşdirilməmiş, zəruri qərarlar qəbul edilməmişdir.Beləliklə, aparılmış daxili təhqiqatla müəyyən edilmişdir ki, təhlükəli bandanın vaxtında ifşa olunaraq zərərsizləşdirilməsi üzrə qısa müddətdə lazımi tədqiqatlar və təhlillər aparıb aşkar izlər və əlamətlər əsasında təkzibolunmaz sübutlar əldə etmək üçün imkanlar olduğu halda, düşünülmüş və səriştəli xüsusi əməliyyat hazırlayaraq onu peşəkarlıqla həyata keçirmək əvəzinə, fəaliyyətsizlik göstərilmiş, rəhbərlik tərəfindən icra intizamına nəzarət yarıtmaz olmuş, Azər İsmayılovun axtarılması ilə bağlı fəaliyyət isə 2003-cü ilin may ayından əsassız olaraq, ümumiyyətlə dayandırılmışdır. Bununla da, dövlət başçısının qeyd etdiyi kimi, illər itirilmiş, cəzasızlıqdan istifadə edən banda daha neçə ailəyə faciə, maddi və mənəvi məhrumiyyətlər gətirmişdir.Uzun illər cəzasızlıq şəraitində fəaliyyət göstərmiş, tamah-zorakı yönlü cinayətkar əməlləri cəmiyyətdə geniş rezonans doğuran, hüquq mühafizə orqanlarının peşəkar imicinə ciddi xələl gətirən təhlükəli bandanın aşkarlanması və zərərsizləşdirilməsi ilə bağlı zəruri əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsini təşkil etmədiklərinə, xidməti vəzifələrinin icrasına məsuliyyətsiz yanaşdıqlarına və prinsipsizlik göstərdiklərinə görə nazirliyin idarə rəisinin müavini, polkovnik Qasımov Seyfulla Şamil oğlu və şöbə rəisi polkovnik-leytenant Nağıyev Sahib Novruz oğlu hərbi xidmətdən ehtiyata buraxılmaqla milli təhlükəsizlik orqanlarından xaric olunmuş, daha 7 məsul əməkdaş haqqında ciddi intizam tənbehi tədbirləri görülmüşdür”.

"Zəruri əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsini təşkil etmədiklərinə, xidməti vəzifələrinin icrasına məsuliyyətsiz yanaşdıqlarına və prinsipsizlik göstərdiklərinə görə nazirliyin idarə rəisinin müavini, polkovnik Qasımov Seyfulla Şamil oğlu və şöbə rəisi polkovnik-leytenant Nağıyev Sahib Novruz oğlu hərbi xidmətdən ehtiyata buraxılmaqla milli təhlükəsizlik orqanlarından xaric olunmuşlar”. İstər polkovnik Seyfulla Qasımov,istərsə də polkovnik-leytenant Sahib Nağıyev də MT sistemində bacarıqlı,işinin şakəri olan agentlər olublar.Davamlı olaraq fəaliyyətləri dövründə müxtəlif mükafatlara layiq görülüblər. Ulu öndərimiz mərhum Heydər Əliyev bu insanlara Azərbaycanın milli təhlükəsizlik sisteminin təkçinləşdirilməsini,yeni casusların yetişdirilməsini həvalə etmişdi. Necə ola bilər ki, bir "OBEXEYİS” bu sahənin nə olduğun anlamadığı halda iş bilən insanları özünün işbilməzliyinə qurban edir. Bəli QURBAN EDİR. Çün ki, yuxarda qeyd etdik ki, Eldar Mahmudov üçün sadəcə bir şey maraqlı idi təcürbəli insanlar olmadan qaz vurub-qazan doldurmaq. Eldar Mahmudov Tofiq Babayev kimi Seyfulla Qasımovunda "TORBASIN” tikə bilir və onu da MT sistemindən belə uzaqlaşdıra bilir.

Polkovnik Seyfulla Qasımovda Tofiq Babayev kimi Eldar Qasımovun REKETÇİLİYƏ başlıadığını davamlı olaraq izləyir.Ancaq artıq sistemdən uzaqlaşdırıldıqlarından əlləri bu REKETİdurdurmağa çatmır. Hər gün eşitdikləri qarşısında sinirlənmək,hər gün qan təyziqinin yerindən oynaması Tofiq Babayev kimi təcürbəli,onlarla səriştəli davamçılar yetişdirən Seyfulla Qasımov da dünyasın dəyişir. Allah hər ikisinə rəhmət eyləsin.

Ancaq 4 il öncə MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarovun əlinin altında işləyən Fazil İmamverdiyev adlı əməkdaş isə məişət pozuntusuna görə və silahsız insanlara silah çəkməyə görə,nədənsə hansısa cəza almır,ancaq canını MTN sistemindən uzaqlaşdırılmaqla qurtarır.

“Reket” nazirə Seyfulla Qasımov və Tofiq Babayev belə dözə bilmədilər

Elə Çovdarovun son yayımlanan məşhur fotosunda da biz Fazil İmamverdiyevi görə bilirik. Yəni Fazil İmamverdiyev Çovdarovun gizli həbsxanası,insanlara necə müxtəlif dərimanlar verilməsi ilə bağlı bilgilərə malik biri.

Yəqin ki, MTN-nin yeni rəhbərliyi Çovdarovun həbsindən sonra onun əlini naltında işləmiş Fazil İmamverdiyevi də çağırıb sorğu-suala tutacaq.

Bizim fikirmiz isə Eldar Mahmudovun MTN-ni cinayətkarlıq,reketçilik yuvasına döndərməsinə dözməyib dünyasını dəyişən MTN-nin şərəfli zabitləri ilə bağlı idi.

Yəqin ki, hörmətli Mədət Quliyev hər iki mərhumların işdən necə uzqalaşdırılmasını da araşdırılmasını bir gün həyata keçirər. O zaman onların ruhu da şad olar.

Geri qayıt