Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Saatlının icra başçısı Bayraq Gününü qadağan edib?
Saatlının icra başçısı Bayraq Gününü qadağan edib?9-11-2015, 12:24 |
DİA.AZ: - Bir dövlət üçün onun bayrağının hansı əhəmiyyət daşıdığını anlatmağa ehtiyac yoxdur. Bu gün dövləti vəzifə tutanların isə bir nömrəli borcudur ki, dövlətinin qayda və qanunlarına, milli dövlətçilik rituallarına əməl etsin. DİA.AZ bildirir ki, amma deyəsən, Saatlıda vəziyyət tmam fərqlidir. Bu barədə dia-az.site-a yazan Saatlı rayon fəalları bildirirlər ki, icra başçısı Siraqəddin Cabbarovun göstərişi ilə rayonda Bayraq Gününün qeyd olunması əngəllənir. Sakinlər yazır: "Bu gün bir neçə gənc rayonda maşınına milli bayrağımızı asaraq rayonun mərkəzi ilə hərəkət etmək istəsə də, bunun qarşısı alınıb. Gənclərə bildiriblər ki, başçı qadağan edib". Daha sonra sakinlərin dia-az.site-a məktubunda deyilir: "Siraqəddin Cabbarov ümumiyyətlə, başqa icra başçılarından fərqli olaraq Bayraq Gününü qeyd etmədi də. Hansısa tədbiri də keçirmədi"... Qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |