Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Həbs edilən "Ağdamlı Dəmir"lə icra başçısı arasında sensasion əlaqələr
Həbs edilən "Ağdamlı Dəmir"lə icra başçısı arasında sensasion əlaqələr5-11-2015, 11:57 |
Xəbər verdiyimiz kimi, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun daha bir yaxın adamı - "Ağdamlı Dəmir” kimi tanınan məşhur avtomobil alverçisi ötən həftə saxlanılıb. Yayılan məlumatda bildirilir ki, Bakının bir neçə mərkəzi yerlərində böyük avtomobil salonları (eləcə də Badamdardakı 3 mərtəbəli "Avtomobil dunyası”nın sahibidir –red.) olan "Dəmir” nazir Eldar Mahmudovun şəriki olub. Məlumata görə, o, ölkədə ən bahalı avtomobillərin satışıyla məşğul imiş: "Onun həbsinə səbəb isə MTN-in iş adamlarına divan tutması prosesində, daha doğrusu, iş adamlarının şikayətlərində adı keçən əsas şəxslərdən biri olmasıdır. Araşdırma zamanı məlum olub ki, MTN-in toruna düşən adamların avtomobillərini məhz "Dəmir” "əridirmiş”. Belə ki, bəzi iş adamları onlardan tələb olunan məbləğləri düzəldə bilməyəndə özlərinin bahalı avtomobillərini təhvil verməyə məcbur olublar. Belə hal olduqda həmin şəxslər "Dəmirə” yönləndirilib. Bundan başqa həm də "Dəmir” bahalı avtomobil alanlar, yəni növbəti hədəf ola biləcək şəxslər barədə MTN-ə məlumatlar ötürürmüş". Qeyd olunur ki, "Dəmirin” nazirlə çox yaxın münasibətləri olub. Elə bu münasibətlərə görə də, nazir onun oğlunun birinə MTN-də məsul vəzifə hədiyyə edib/aznews.az/. Mia.az-ın əldə etdiyi məlumata görə, "Dəmir" həqiqətən də nazir Eldar Mahmudovla çox yaxın olub. Bu yaxınlıq o qədər irəliyə gedib ki, "Ağdamlı Dəmir" hətta Eldar Mahmudovun vasitəsiylə rayonlara icra başçısı, MTN-nin rayon şöbələrinə rəis təyinatında da böyük rol oynayıb: "Adıçəkilən biznesmenin əsas yaxınlıq etdiyi, daha doğrusu, karyerasının yüksələməsinə kömək etdiyi vəzifəli şəxslərdən biri də Ağdamın icra başçısı Raqub Məmmədovdur. Bu, o Raqub Məmmədovdur ki, icra başçısı təyinatına qədər MTN-nin Tərtər rayon şöbəsində rəis olub. Məhz "Ağdamlı Dəmir"in "hərtərəfli dəstəyi" ilə o, çoxunun gözləmədiyi halda 16 aprel 2014-cü ildə Ağdama icra başçısı təyin olundu". Mia.az-a verilən məlumata görə, təyinatından ta Eldar Mahmudovun vəzifədən çıxarılması, "Ağdamlı Dəmir"in həbsinə qədər də Raqub Məmmədov adıçəkilənlərin tapşırığı ilə hərəkət edib: "Düzdür, indi "Ağdamlı Dəmir"in saxlanıldığı deyilir. Yəqin ki, Raqub Məmmədov sonadək onunla gizli anlaşamasına əməl edəcək. Onların arasındakı "gizli anlaşma" və rayonda toplanan maliyyənin hansı prinsiplərlə bölüşdürülməsi, digər biznes maraqları haqda hələlik təfərrüatlı danışmaq istəmirəm. Yalnız onu deyə bilərəm ki, Eldar Mahmudovun "vurulması", "Ağdamlı Dəmir"in həbsi Raqub Məmmədova çox çətinliklər yaradacaq". İddialarla bağlı Raqub Məmmədovdan münasibət öyrənə bilmədik. Onun da mövqeyini dinləməyə hazırıq. Geri qayıt |