Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Aqil Məmmədovun yerinə kimi gətirirlər...

Aqil Məmmədovun yerinə kimi gətirirlər...


26-10-2015, 10:55
Aqil Məmmədovun yerinə kimi gətirirlər...
Ağdam təhsil şöbəsinin sabir müdiri, hazırda Kəlbəcər Təhsil Şöbəsinə rəhbərlik edən Elmira Şükürovanın yaxın günlərdə rayonlardan birinə icra başçısı təyin ediləcəyi xəbəri yayılıb. JAM.AZ-a daxil olan məlumata görə, xanım Şükürovanın rəhbəri olacağı rayon isə Kəlbəcərdir.

Məlumatda qeyd edilir ki, hazırkı icra başçısı artıq Cavid Qurbanovun gözündən düşüb. Xüsusən də, parlament seçkilərində deputatlığa namizəd olmuş Azərbaycan Dəmir Yolları İdarəsinin rəisinin lazımı səviyyədə təbliğatını qura bilməməsi onu çıxılmaz vəziyyətə salıb.

JAM.AZ-a verilən məlumata deyilir ki, Cavid Qurbanovun Kəlbəcərin icra başçısı postunda gördüyü şəxs isə Elmira Şükürovadır. Ona görə ki, sözegdən şəxs Qurbanovun yaxın qohumlarından sayılır. Hələ xeyli əvvəldən də ona icra başçısı postunu vəd etdiyini qeyd olunan xəbərdə vurğulanır ki, Elmira Şükürova yaxın ətrafına da bildirib ki, bir neçə gündən sonra Kəlbəcərin icra başçısı təyin olacağı ilə bağlı sərəncam veriləcək.

Xatırladaq ki, Elmira Şükürovanın adı bir çox qalmaqallarda çəkilir. Ağdamın təhsil şöbəsinə müdirlik edərkən ciddi maliyyə pozuntularına yol verdiyi, elə bu səbəbdən də işdən çıxarıldığı, Cavid Qurbanovun dəstəyi sayəsində Kəlbəcər təhsilinə rəhbər gətirlidiyi də verilən məlumatlar sırasındadır.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt