Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Dərman mafiyası millətin qəsdinə necə durub...
Dərman mafiyası millətin qəsdinə necə durub...24-10-2015, 14:09 |
Qazaxıstan Baş prokurorunun müavini Merkel öz çıxışlarının birində qeyd edir ki, eyni dərman preparatının qiymətləri arasında dəfələrlə fərq var: “ Almata vilayətində bir dərmanın qiyməti 290 təngə, Atıray vilayətində isə həmin dərmanın qiyməti 3, 5 min təngə, yəni 10, 5 dəfə bahadır”. (khabar.kz). 21 oktyabrda Qafqaznews. az saytı “Oqtay Şirəliyevinin sağ əli Fərhad Əliyarzadə” başlıqlı məqalə dərc edib. Məqalədə nazirliyin İnnovasiya və təhcizat mərkəzəinin direktoru Fərhad Əliyarzadənin dövlət vəsaitini necə talamasından bəhs edilir. Məqalədə qeyd olunur ki, uzun müddət Səhiyyə Nazirliyinin İnnovasiya və təchizat mərkəzinin direktoru vəzifəsində işləyən Fərhad Əliyarzadə dövlət büdcəsindən ayrılan vəsaiti talamaqla məşğul olub. Bu məlumatı yoxlamaq məqsədi ilə redaksiyanın əməkdaşları araşdırma aparıblar. Misal üçün xəstəxanalara verilən bir çox dərmanlar və tibbi təyinatlı ləvazimatlar xəstəxanalara hətta bazar qiymətindən də baha verilir. Araşdırmamız hələ davam etdiyi üçün hələ bir nümunə ilə kifayətlənirik. “Albumin”in ( 10% 100 ml) 1 flakonu Səhiyyə Nazirliyinin xəstəxanalarına qaimə əsasında 60.21 qəpiyə, Adrenalin üçün isə 1 manat 99 qəpik verilib. Hansıki, “Zəfəran” apteklər şəbəkəsinin deposunda həmin dərmanın qiymətinin 36.10 qəpik olduğunu müəyyən etmişik. Biz məqalədə qeyd olunan faktları dəqiqləşdirmək qərarına gəldik. Və “Zeytun” apteklər şəbəkəsinə zəng elədik. Şəbəkənin işçisi qafqaznews.org-a bildirdi ki, Ukrayna istehsalı olan Albumin 36 manat 10 qəpik, Rusiya istehsalı olan isə 42 manat 42 qəpikdir, Adrenalin isə 1manat 56 qəpikdir. Həqiqətənmi, Səhiyyə Nazirliyinin xəstəxanalarında dərmanların qiyməti bazar qiymətindən 2 dəfə bahadir..? Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova xahiş elədi ki, ona səhəri gün zəng edək: “ Sabah arayışlar hazırlayaram və sizin suallara cavab verərəm”. Mövzu ilə bağlı tanınmış psixoloq Dəyanət Rzayev qafqaznews.org-a bildirdi ki, dərman preparatlarının satışından müəyyən məmurlar milyardlar qazanır: “ Xəstəxanalarda pulsuz olan dərmanlar da xəstələrlə pulla satılır. Hansıki dövlət xəstəxanalarında müalicə və dərman pulsuz olmalıdır”. Sözardı: Bu araşdırmanın aparılmasına səbəb Qazaxıstan saytlarının birində dərc olunan informasiya oldu. Təəssüf ki, bizim hüquq-mühafizə orqanları bu mövzuda KİV-də dərc olunan yazılara reaksiya vermirlər. Məsələ ilə bağlı hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının da fikirlərini öyrəndik: “Mütləq Səhiyyə Nazirliyinə baha qiymətə dərman satan şirkətin kimə məxsus olduğunu aydınlaşdırmaq lazımdır. Məncə, bu informasiya ilə Baş prokuror yanında Korrupsiya ilə Mübarizə İdarəsi maraqlanmalıdır”. Geri qayıt |