Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Fazil Məmmədovun işdən çıxardığı Vidadi Məmmədov həbs oluna bilər

Fazil Məmmədovun işdən çıxardığı Vidadi Məmmədov həbs oluna bilər


24-10-2015, 13:42
Fazil Məmmədovun işdən çıxardığı Vidadi Məmmədov həbs oluna bilər
DİA.AZ: - Az əvvəl xəbər yayıldı ki, Azərbaycan Vergilər Nazirliyinin baş idarə rəisi işdən çıxarılıb.

DİA.AZ APA-ya istinadən xəbər verir ki, Vergilər Nazirliyinin cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinin rəisi Vidadi Məmmədov vəzifəsindən azad edilib. Hazırda Vergilər Nazirliyinin cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinin rəisi vəzifəsini Ramiz Ağayev icra edir.

Nazirliyin ictimaiyyətlə əlaqələr mərkəzindən məlumat almaq mümkün olmayıb.

DİA.AZ xatırladır ki, Vidadi Məmmədovun adı həbs olunan MTN polkovniki İlqar Əlyevlə birgə hallanırdı... Və Vidadi Məmmədov ayrı-ayrı iş adamlarını İlqar Əliyevə "sataraq" bu işdən faizini götürürmüş.

Bu arada redaksiyamıza daxil olan bir informasiyada isə qeyd olunur ki, Vidadi Məmmədovun qeyd olunan və digər əməlləri barəsində artıq hüquqi araşdırmalar başlanılıb. Onun neçə sahibkarı "talançı qrupun" hədəfinə çevirdiyi araşdırılır.

Bu isə Vidadi Məmmədova həbsi bahasına belə başa gələ bilər.

Bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

Geri qayıt