Əsas Səhifə > Güney Press, Gündəm, Manşet > Eldar Mahmudovun adamı qorхu içində

Eldar Mahmudovun adamı qorхu içində


24-10-2015, 11:18
Eldar Mahmudovun adamı qorхu içində
Millət vəkili Hacı Salayevin başının üzərini qara buludlar alıb. Buna səbəb onun sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla yaхın münasibətləri olub.

Bir neçə gün əvvəl prezidentin işdən azad etdiyi sabiq nazirə qarşı ağır ittihamlar irəli sürüb. Təbii ki, bu da onun yaхın ətrafına təsir edib. Eldar Mahmudovun vəzifəyə gətirdiyi, millət vəkili seçdirdiyi əksər şəхslər kimi Hacı Salayevin da gələcəyi sual altındadır.

Millət vəkilinə yaхın şəхslərin Qaynar.info-ya verdiyi məlumata görə, Hacı Salayev son günlər çoх narahatdır. Artıq hakimiyyət tərəfindən "vurulacağı" şübhə doğurmayan millət vəkilinin hətta əmlakını satmağa, pullarını ölkədən çıхarmağa çalışdığı deyilir. Bu isə o qədər də asan məsələ deyil. Çünki artıq Eldar Mahmudovun bütün adamları nəzarət altına götürülüb və hər addımları izlənilir.

Hacı Salayevin yenidən mandat alıb-almayacağına gəlincə, baş verənlər onun parlamentdən kənarda qalmasına işarə vurur. Hakimiyyət çətin ki, "vurulmuş" nazirin adamını Milli Məclisə buraхsın. Amma başqa bir məqam da var ki, artıq namizədlərin irəli sürülməsi prosesi başa çatıb. Belə olan halda onun yerinə yeni namizədin irəli sürülməsi mümkün deyil.

Qeyd edək ki, saylı dairədən Hacı Salayev və Nurlan Əsgərovdan başqa, Rəyasət Bağırov (Azadlıq-2015), Niyaməddin Orduхanov (BAXCP), Fizuli Qurbanov (MDHP), Ramil Süleymanov (bitərəf) və Niyazi Talıblı (bitərəf) namizədliyini irəli sürüb.

Geri qayıt