Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Eldar Mahmudovun QOHUMLAR ŞƏBƏKƏSİ

Eldar Mahmudovun QOHUMLAR ŞƏBƏKƏSİ


21-10-2015, 11:22
Eldar Mahmudovun QOHUMLAR ŞƏBƏKƏSİ
DİA.AZ: - Prezident İlham Əliyevin Milli Təhlükəsizlik Nazirliyi sisteminə müdaxilə göstərişi nəticəsində şok olaylarla yanaşı, şok faktların da müşahidəsi baş verməkdədir. Elə DİA.AZ-ın elektron poçtuna göndərilən və sabiq MTN şefi Eldar Mahmudovun qohumbazlıq siyasətini ifşa edən faktlar da bu qəbildən hesab oluna bilər.

Beləliklə, dia.az-a yollanan materiallardan aydın olur ki, sən demə, Eldar Mahmudov bu illər ərzində dövlət mənafeyindən daha çox özünün şəxsi maraqlarını prioritet kimi qəbul edib, dövlət qurumlarında özünün ciddi QOHUMLAR ŞƏBƏKƏSİNİ formalaşdırmağa müvəffəq olub.

Həmin faktları təqdim edirik:

- Eldar Mahmudovun yaxın qohumu Səbail rayon polis idarəsinin rəisi İlqar Mahmudovdur ki, dünən onun istefaya göndərildiyi xəbəri yayılsa da, bu proses müəmmalı şəkildə qapadıldı.

- Keçmiş nazirin digər yaxın qohumu Rabitə və Yüksək Texnologiyalar Nazirliyində HMİ rəisinin müavini təyin olunur. Baxmayaraq ki, həmin vəzifədə polkovnik Tərlan Nəsirov olub. Tərlan Nəsirov təzyiqlər hesabına aşağı vəzifəyə keçirilir və onun yerinə sabiq nazirin yaxın qohumu Mahmud Mahmudov təyin olunur. Mahmud Mahmudov bu postla kifayətlənməyərək «Azərpoçt»un Mərkəzi Xüsusi Rabitə İdarəsinin rəisi postuna göz dikir. Tez bir zamanda bu arzusuna da çatır. Ən bahalı maşınla təmin olunur. Sonradan müəmmalı şəkildə Mahmud Mahmudovun ayaqları şikəst olur və buna rəğmən də tutduğu postdan əl çəkməyən Mahmud Mahmudov 6 ildən yuxarıdır ki, şikəst arabasında, evində oturaraq vəzifəsini icra edir, dövlətdən maaşını alır. Qeyd edək ki, Mərkəzi Xüsusi Rabitə İdarəsi vasitəsilə dövlətin ən mühüm sənədlərinin daşınması həyata keçirilməkdədir.

- Eldar Mahmudovun ən yaxın qohumlarından biri də RYTN-nin HMİ rəisi müavini polkovnik Vəli Mahmudovdur. Vaxtilə Milli Ordu sıralarından qovulmuş Vəli Mahmudov yararsız olmasına baxmayaraq, Eldar Mahmudovun sayəsində həmin mərtəbəyə yüksəlib. O, Mahmud Mahmudov Mərkəzi Xüsusi Rabitə İdarəsinin rəhbərliyinə keçəndən sonra bu postu tutub ki, bu da Mahmudovların qeyd olunan görəvdə bir-birini əvəzləməsi deməkdir.Dərhal - təyinatın ardından isə Vəli Mahmudova polkovnik-leytenant rütbəsi verdirən Eldar Mahmudov sonradan da qohumunu çətiri altında barındırıb.

Mənbə DİA.AZ-a açıqlamasında keçmiş nazirin digər əlaqələri və imkanları ilə bağlı da faktları açıqlayıb. Bu barədə az sonra. Bizi izləməkdə davam edin…

Geri qayıt