Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Ağır şəkər xəstəsi olan müəllimə nazirdən kömək istədi

Ağır şəkər xəstəsi olan müəllimə nazirdən kömək istədi


19-10-2015, 10:39
Ağır şəkər xəstəsi olan müəllimə nazirdən kömək istədi
DİA.AZ: - Bakı şəhər sakini, orta məktəb müəlliməsi Bayramova Xumar Kazım qızı Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova və Dövlət Sosial Müdafiəsi Fondunun sədri Elman Mehdiyevə müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a göndərilən müraciətin mətnində deyilir:

"Hörmətli cənab nazir, mən Bayramova Xumar Kazım qızı orta məktəbdə musiqi ədəbiyyatından dərs deyirəm. Elə fənnin qeyri-aktual olmasından da görünür ki, müəllimə kimi əməkhaqqım heş bir aylıq çörəkpuluna belə yetmir.

10 ilə yaxındır ki, ağır şəkər xəstəsiyəm və dövlət qeydiyyatındayam. Bundan əlavə güclü təzyiqdən də əziyyəıt çəkirəm. Buna görə isə 150 manat pensiya alıram ki, aldığım pul da dərmanlarıma belə yetmir".

Daha sonra Bakı sakininin dia.az-a daxil olan müraciətinin mətnində deyilir:

"Sizdən başsız bir qadın kimi xahiş edirəm. Mənim pensiyamın heç olmasa aylıq dərman tələbatımın qiymətləri həcmində - 300 manata qədər artırılmasına köməklik edəsiniz.

Əvvəlcədən Sizə təşəkkür edirəm".

Geri qayıt