Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Siyəzəni yarıtdı, indi sırada Nizamidir...

Siyəzəni yarıtdı, indi sırada Nizamidir...


28-09-2015, 13:18
Siyəzəni yarıtdı, indi sırada Nizamidir...
Arif Qasımov Nizami rayonunda yeni obyektlər inşa etməyə hazırlaşır.

Əvvəllər Nizami rayon Bələdiyyəsinin sədri olan, sonra Siyəzənə icra başçısı təyin edilən Arif Qasımov uzun müddətdən sonra planlarını reallaşdırmağa başlayıb.

Prezident İlham Əliyevin sərəncamı ilə bu günlərdə Nizami rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat alan A.Qasımov hələ bu rayonda bələdiyyə sədri olarkən zəbt etdiyi ərazilərdə yeni obyektlər tikməyə başlayıb. Həmçinin Nizami rayonu ərazisində olan obyektlərində işləri canlandırıb.

Qeyd edək ki, A.Qasımovun Nizami rayonu ərazisində bir sıra obyektləri var. Bunlardan bir neçəsi “Şahsənəm” şadlıq evi ilə üzbəüzdə yerləşir. İcra başçısının “Astoriya” adlı restoranı, ona bitişik ərazidə ərzaq, ət dükanları, avtoyuma məntəqələri var. “Şahsənəm”in də ona məxsus olduğu deyilir.

A.Qasımovdan başqa onun Penitensiar Xidmətdə konvoyun rəisi olan qardaşının da Nizami rayonu ərazisində obyektlərinin olduğu bildirilirr.

Məlumatda bildirilir ki, yaxın ətrafına Nizamiyə başçı gəlmək üçün xeyli “tərlədiyini” bildirən A.Qasımov qısa müddətdə “tərini qurutmaq” istəyir. A.Qasımov düşünür ki, sabahın işini bilmək olmaz, qısa müddətdə xərclədiklərini çıxarmalıdır.

Eyni zamanda A.Qasımovun icra hakimiyyətinin şöbə müdirləri və Aparat üzvləri ilə söhbətində onlara yeni qaydalarla işləməyi, ərazidəki obyektlərdən yığılan pulları qəpiyinədək ona çatdırmağı tapşırdığı bildirilir. Bu isə bir çox məmurlar tərəfindən narazılıqla qarşılanıb. Amma onlar yeni icra başçısının yeni qaydaları ilə işləməkdən başqa yolları olmadığını görərərk bununla razılaşmaq məcburiyyətində qalıblar.

A.Qasımovla bağlı bizə daxil olan digər məlumatları dəqiqləşdirdikdən sonra onları da təqdim edəcəyik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. (gunxeber.com)

Geri qayıt