Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Nazirə və PA-ya kələk gələn icra başçısı...

Nazirə və PA-ya kələk gələn icra başçısı...


21-09-2015, 13:24
Nazirə və PA-ya kələk gələn icra başçısı...
Hakim Yeni Azərbaycan Partiyasının 99 saylı Şəmkir kənd seçki dairəsindən namizədliyini irəli sürdüyü Rayon İcra hakimiyyətinin ictimai – siyasi humanitar məsələlər uzrə müavini Əliyeva Sona Sakit qızı haqda sensasion material yayılıb.

Dia.az Elchi.az-a istinadən xəbər verir ki, xanim müavin hazırkı statusa sahiblənə qədər Əhməd Cavad adina orta məktəbdə biologiya müəlliməsi işləyib:

"Paralel olaraq, rayon təhsil idarəsinin müdiri Məcid Şıxlinski Sona Sakitqızını "nəyinsə” (mənbənin iddiasina görə 10000 manat rüşvət alinib) müqabilində işlədiyi təhsil idarəsinə metodist vəzivəsinə işə götürür. 2012-ci ildə ilin ən yaxşı müəlliməsi müsabiqəsində qalib gələrək mükafata layiq görülür. Maraqlı məqam isə odur ki bu müsabiqədə metodist işttirak edə bilməz. Elə bu səbəbdəndir ki təhsil şöbəsinin müdirı xanim namizədi bir qədər əvvəl əmrlə işdən çıxararaq müsabiqədən sonra işə bərpa edir. Daha bir maraqlı məqam burasıdır ki, elə həmin ili karyerasında "sürətli” addımlarla irəliləyən Sona xanım Prezident tərəfindən "əməkdar müəllim" adi ilə təltif olunur. Və bu işdə də Prezidentə yalan məlumat verilir. Azərbaycan Respublikasında fəxri adlarin verilməsi haqqında Azərbaycan Prezidentinin 22 may 1998-ci ildə imzaladığı 706 sayli fərmana əsasən, 20 ildən yuxarı müəllimlik staji olan insanlar bu ada layiq görülə biləcəkləri halda, Sona xanım bu ada layiq görüləndə heç 9 il staj sahibi olmayıb. Belə ki 2000-ci ildən müəllimə işləyən xanimın 3 övladi var. Doğum tarixləri 2001, 2003 və 2005-ci illərə təsaduf edən əməkdar müəllimənin analıq məzuniyyətlərini də iş stajından çıxsaq, mənzərə çılpaqlıgı ilə ortada qalir. Beləliklə, vəzifə pillələrini sürətlə qalxan namizəd xanım 2013-cü ildə Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin olunur. Vəzifəyə gələn kimi rayon Gənclər və İdman idarəsinin müdiri Gözəlov Pərvin Teymuraz oğlunu vəzifəsindən azad etdirərək yerinə öz adamı olan İsmayılov Emin Həsən oğlunu təyin etdirir. Yeni müdir də şefi kimi işinə "məsuliyyətlə” başlayır.


Nazirə və PA-ya kələk gələn icra başçısı...
Emin İsmayılov və Sona Əliyeva

Belə ki idarənin tabeliyində fəaliyyət göstərən Uşaq və Gənclər İdman məktəbinin məşqçi müəllimlərinin bankdan maaş kartlarının yenisini çıxartdiraraq, bu ilin aprel, may, iyun, iyul aylarının maaşlarını hər ay üçün 5000 olmaqla 20000 manat bankomatdan götürür. Müəllimlərin və özunun həyat yoldaşının şikayəti əsasinda Şəmkir şəhər prokurorluğunda barəsində cinayət işi qaldırılır. Emin müəllim kollektivdə boynuna almasa da, istintaqa ifadəsində tərəfindən bankomatlardan götürdüyü 20000 manatın 15000 manatını Sona Əliyevaya verdiyini etiraf edir.

Sona xanimin haqqında cinayət əməli bununla bitmir. Qardaşı Əliyev Asəf törətdiyi xuliqanlıq əməlinə görə Şəmkir rayon Məhkəməsinin qərarı ilə 3 gün azadlıqdan məhrum edilsə də, bu yuxarı dairələrdən, o cümlədən Prezident Aparatından gizlədilir. Sona xanımın bütün bunlara rəğmən hakim partiyanin siyahısına düşməsinin sirri isə İH dəhlizlərində tamamilə başqa cür yozulur. Xanım namizədin saatlarla İcra Hakimiyyəti başcısının kabinetindən çıxmamasının sirrinin yekunda onu hakim partiyanin namizədinə cevrəcəyini agıllarına belə gətirməyən icra məmurlari bu gün də hesab edirlər ki, İH başçsı Alimpaşa Məmmədov onu bu vəzifəyə təyin etdirən Fazil Məmmədovu da aldadır.


Nazirə və PA-ya kələk gələn icra başçısı...
Alimpaşa Məmmədov

Xanımın adının hansısa müəmmalı yollarla YAP-in namizədləri sırasına salınmasının sirri də onu məşhurlaşdıraraq yaxınlarda onu izləyəcəyi ehtimal olunan cinayət təqibindən xilas etməkdir. Hər halda prokurorluq orqanları YAP-ın rəsmi namizədinin haqqında cinayət işi başlatmağa cəsarət etməzlər. Bundan əlavə payonun bir neçə orta məktəbinin müəllimləri bu namizədə etiraz olaraq Prezident Pparatı qarşısında aksiya keçirəcəkləri bildirilir".


Qarşı tərəfin faktlarla bağlı fikirlərini dərc etməyə haziriq.


Geri qayıt