Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Daha bir bank və bankir iflasa doğru...

Daha bir bank və bankir iflasa doğru...


18-09-2015, 12:23
Daha bir bank və bankir iflasa doğru...
“Beynəlxalq Bank işi” Çingiz Əsədullayevi mandatsız qoyduğu kimi banksız da qoya bilər.

YAP-ın seçki siyahısında yerini qoruyub saxlaya bilməyən “Azərqazbank”-ın rəhbəri Çingiz Əsədullayevi ağır günlər gözləyir.

YAP-ın siyahısından kənar qalmasına baxmayaraq millət vəkili, iş adamı “Azərqazbank”-ın rəhbəri Çingiz Əsədullayev müstəqil şəkildə 90 saylı Ağdaş seçki dairəsindən namizədliyini vermək istəsə də, ona yaşıl işıq yandırılmır.

Bu barədə PİA.AZ-ı məlumatlandıran mənbə bildirir ki, artıq Çingiz Əsədullayevə seçkilərdə iştirak etməmək tövsiyyə olunub. Mandatını qoruya bilməyən Çingiz Əsədullayev isə hazırda biznesini qorumağa cəhd göstərir. Belə ki, “Beynəlxalq Bank işi”ndən sonra “Azərqazbank”-da vəziyyətin heç də ürəkaçan olmadığı bildirilir.

Qeyd edək ki, fevral ayından başlayaraq dövlətin milyardlarla manat vəsaitini talan edilməsi səbəbi ilə onlarla iş adamı Baş Mütəşəkkil Cinayətlərə qarşı Mübarizə İdarəsində izahat alınıb və bəzi iş adamları haqqında həbs qəti imkan tədbiri seçilib. Həmin vaxt “Beynəlxalq Bank işi”ndə dindirilən iş adamları arasında Çingiz Əsədullayevin də adı keçirdi. Baş Mütəşəkkil Cinayətlərə qarşı Mübarizə İdarəsində dindirilməsi ilə bağlı mətbuatda yayılan məlumatları təkzib etsə də, Çingiz Əsədullayevin məhz “Beynəlxalq Bank işi”nin qurbanına çevrildiyi bildirilir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt