Əsas Səhifə > Güney Press, Reklam > “Bakcell” abunəçilərinə mobil interneti daha sərfəli şərtlərlə təqdim edir

“Bakcell” abunəçilərinə mobil interneti daha sərfəli şərtlərlə təqdim edir


9-09-2015, 15:36
“Bakcell” abunəçilərinə mobil interneti daha sərfəli şərtlərlə təqdim edir
“Bakcell” şirkəti abunəçilərinə yüksək sürətli mobil interneti daha sərfəli şərtlərlə təqdim edir.

Şirkətdən verilən məlumata görə, artıq CIN abunəçiləri gündə cəmi 10 qəpik ödəməklə “Gündəlik İnternet” paketini ikiqat həcmdə əldə bilərlər. Sentyabrın 1-dən etibarən aktivləşdirilən kampaniya sayəsində “Bakcell” abunəçiləri asanlıqla 25 MB əvəzinə 50 MB həcmində yüksək sürətli mobil internetdən yararlana bilərlər.

“Bakcell şirkəti ölkənin mobil internet bazarında lider mövqeyə sahibdir. 4G xidmətinin istifadəyə verilməsinin ardınca şəbəkəmizdə internetdən istifadə edən abunəçilərin sayında davamlı artım müşahidə edirik. Biz abunəçilərimizə yüksək keyfiyyətli internet üçün çox sərfəli qiymətlər təklif edirik. Bu kampaniya çərçivəsində abunəçilərimiz eyni qiyməti ödəməklə ikiqat artıq internet əldə edəcəklər ki, bu da bazarda ən yaxşı təklifdir”, - deyə “Bakcell” şirkətinin baş marketinq direktoru Mariya Toyçeva bildirib.

“Gündəlik İnternet” paketinin aktivləşdirilməsi çox asandır, bunun üçün sadəcə olaraq telefonda *189*1#Yes kodunu yığmaq yetərlidir. “Gündəlik İnternet” paketinin aktivləşdirilməsindən sonra abunəçilər ilk 5 gün ərzində internetdən pulsuz faydalana biləcəklər. “Gündəlik İnternet” paketinə qoşularkən xidmət haqqı olaraq abunəçinin balansından 0,50 manat dəyərində birdəfəlik xidmət haqqı çıxılacaq. 5 günlük müddət bitdikdən sonra “Gündəlik İnternet” paketi hər gün yenilənəcək və abunəçinin balansına gündəlik qaydada 50 MB həcmində internet trafiki yükləniləcək. Hər bir gündəlik yenilənmədən sonra abunəçinin balansından 10 qəpik çıxılacaq.

Kampaniyanın şərtləri haqqında daha ətraflı məlumatı bu keçiddən əldə etmək olar: http://www.bakcell.com/az/2-times-more-daily-internet

Geri qayıt