Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Oğlu döyülən əsgər atası Rövşən Əkbərova müraciət etdi

Oğlu döyülən əsgər atası Rövşən Əkbərova müraciət etdi


2-09-2015, 13:52
Oğlu döyülən əsgər atası Rövşən Əkbərova müraciət etdi
Azərbaycanda tez-tez əsgər valideynləri övladlarının hüquqlarının pozulmasından şikayət edirlər. Və çox vaxt dövlət orqanlarına deyil, mətbuata üz tuturlar. Valideynlər bunu dövlət qurumlarının biganəliyi ilə izah edirlər.
Əsgər atası İsa Məmmədov qafqaznews.org-a bildirib ki, oğlu Ənvər Məmmədov bu ilin iyul ayında Gəncə şəhərindəki N saylı Şəmkir korpusunda əsgəri xidmətə başlayıb: “ And içməyə bir neçə gün qalmış, hardasa 25 iyulda oğlum əsgər və zabitlər tərəfindən möhkəm döyülüb. Mən 31 iyulda hərbi hissədən olan telefon zəngindən sonra oğlumun başına gələnlərdən xəbər tutdum. Mənə dedilər ki, oğlunu avtovağzalda qarşıla. Oğlumu zabitlər taksi ilə gətirdi və mən taksinin pulunu verdim. Mən zabitlərlə birgə oğlumu Hərbi hospitala yerləşdirdim.

Hərbu prokurorluqdan heç kim gəlmədi və oğlumla sorğu-sual olmadı. Hansıki hospitalın psixoterapevt şöbəsinin müdiri Elşad (familiyasını unutmuşam ) mənə dedi ki, hadisə ilə bağlı Hərbi prokurorluğa məlumat vermişəm. Ona mən baş verənlərlə bağlı Hərbi prokurorluğun saytına yazdım. Ancaq cavab almadım. Onda həyat yoldaşım və bacım Hərbi prokurorluğa müraciət etdilər. Onları müstəntiq Rövşən Həsənov qəbul edib. Müstəntiq bildirb ki, oğlumun döyülməsi ilə bağlı onda məlumat yoxdur. Və
söz verib ki, şikayətiniz obyektiv araşdırılacaq. Yoldaşım və bacım baş verənlərlə bağlı ərizə yazıblar. Ərizəyə cavab olaraq Hərbi prokurorluqdan cavab gəldi ki, şikayətiniz araşdırılacaq. Mən 1 aydır gözləyirəm ki, şikayətimiz araşdırılacaq. Mən Şəmkir korpusunun komandiri Rövşən Əkbərovdan xahiş edirəm ki, mənim oğlumu döyənlər cəzalandırılsın”.

Məsələ ilə bağlı “Ehtiyatda olan gənc hərbçilərin maarifləndirilməsi” QHT-sinin rəhbəri Emin Həsənli inanmır ki, Hərbi prokurorluq şikayəti araşdırmasın: “ Hərbi prokurorluq həmişə şikayətləri araşdırır. Əgər ehtiyac varsa mənə müraciət etsinlər və biz onlara lazımi köməklik edərik”.
Hərbi ekspert Üzeyir Cəfərli isə qafqaznews.org-a bildirdi ki, son vaxtlar əsgərlərə qarşı belə münasibət KİV-də əks olunmur: ” Əgər belə fakt varsa, valideynlər Hərbi prokurorluğa müraciət etsinlər. Hərbi prokurorluq isə öz növbəsində günahkarları cəzalandırsın ki, başqalarına dərs olsun”.



Geri qayıt