Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Makedoniyadan Azərbaycana fırıldaqçı evlilik təklifləri...

Makedoniyadan Azərbaycana fırıldaqçı evlilik təklifləri...


31-08-2015, 13:08
Makedoniyadan Azərbaycana fırıldaqçı evlilik təklifləri...
DİA.AZ: - Son günlər Makedoniya istiqamətindən Azərbaycana yeni fırıldaqçı təkliflər gəlməkdədir. Hər halda, müşahidə olunanların başqa bir adı yoxdur.

DİA.AZ bildirir ki, eyni telefon nömrəsindən Azərbaycandakı saytların e-mail adreslərinə və telefon nömrələrinə gözəl qızların şəkilləri göndərilir və təkliflər edilir. Amma o qədər də peşəkar olmayan bu fırıldaqçılar anındaca özlərini "baqaja" qoyurlar.

Məsələn DİA.AZ-ın elektron ünvanına gələn mesajın birincisində bunları yazan:

"selam adim bahar makedonyadan sizinle tanismak istiyorum beni gormeniz icin resimlerimi gonderiyorum gorusmek isterseniz numaram 00389 72691317 saygilar"

deyərək yazan fırıldaqçı makedon qardaşımız əgər ilk məktubunda bu şəkilləri yollamışdısa,

Makedoniyadan Azərbaycana fırıldaqçı evlilik təklifləri...
Makedoniyadan Azərbaycana fırıldaqçı evlilik təklifləri...
Makedoniyadan Azərbaycana fırıldaqçı evlilik təklifləri...

sonradan yolladığı 2-ci məktubunda, belə bir müraciətdə bulunaraq:

"salam adım bahar 26 yas makedonyada qalıram Elhamdullilah muselmanam turkum ishe ehtiyacım var evlilik da olur yardımcı olsanız sevinirim gorusmek isteseniz nomrem 00389 7269 1317 saygilar"

ardından da bu fotoları yollayıb:

Makedoniyadan Azərbaycana fırıldaqçı evlilik təklifləri...
Makedoniyadan Azərbaycana fırıldaqçı evlilik təklifləri...
Makedoniyadan Azərbaycana fırıldaqçı evlilik təklifləri...

Yəni görünəni odur ki, "Bahar xanım" bizim 1-ci başıbağlı qız təklifinə reaksiya vermədiyimizi görüncə, başqa bir başıaçıq qızın şəklini yollamaqla öz fırıldağına nail olmaq istəyib.

Hər halda belə bir təklifi alan ilk və yeganə ünvan olmadığımızı zənn edərək, digərlərinin də ayıq olmasını arzulayaraq faktı diqqətinizə təqdim etdik.

Ehtiyatlı olun...

Geri qayıt