Əsas Səhifə > Güney Press, Üçüncü sektor, Ana xəbərlər > "Bozqurd" batalyonunun keçmiş komandiri deputatlığa namizəd olur...

"Bozqurd" batalyonunun keçmiş komandiri deputatlığa namizəd olur...


29-08-2015, 11:44
"Bozqurd" batalyonunun keçmiş komandiri deputatlığa namizəd olur...
DİA.AZ: - Keçmiş döyüşçü, Boz Qurd batalyonunun sabiq komandiri Nurəddin Xoca da qarşıdan gələn parlament seçkilərində namizədliyini irəli sürmək fikrindədir.

Bu barədə DİA.AZ-a açıqlama verən Nurəddin Xoca bildirib ki, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsində şanslarının yüksək olduğuna əmindir:

"Birincisi həmin dairənin ərazisində xeyli sayda köhnə döyüş yoldaşlarım var. Onların dəstəyi ilə yanaşı həm də bir döyüşkən zona kimi, Qarabağ müharibəsində fəal iştirak etmiş hər üç rayonun nəhayətdə mənim timsalımda bir Qarabağ qazisini parlamentdə görmək istəyəcəklərinə tam inanıram".

N.Xoca onu da bildirib ki, Milli Məclisin yeni heyətində Qarabağ qazisinin təmsilçilik qazanması Azərbaycanın bir dövlət olaraq marağında olan bir hadisədir: "Mən deputat seçilərəmsə, təkcə təmsil olunduğum bölgənin yox, bütünlükdə olaraq Qarabağ qazilərinin də maraqlarını ifadə etməyə çalışacam".

Geri qayıt