Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Şirvanın icra başçısının durumu çətinləşib...
Şirvanın icra başçısının durumu çətinləşib...28-08-2015, 11:30 |
DİA.AZ: - Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalovun durumunun gərgin olması ilə bağlı xəbəri hələ 2 gün öncədən diqqətinizə təqdim etmişdik. Bu gün isə DİA.AZ-a hökumətdəki mənbələrdən ilginc informasiya daxil olub. Məlumatı verən mənbə iddia edir ki, Mərdan Camalovun şübhəli maliyyə əməliyyatlarında adı hallandırıldığından Maliyyə Nazirliyi və Hesablama Palatası tərəfindən rayon İH-nin fəaliyyətinin araşdırılması üçün xüsusi təftiş qrupu təyin olunub. Bu isə o deməkdir ki, Mərdan Camalov təkcə vəzifəsi ilə vidaalaşmayacaq... DİA.AZ xatırladır ki, ilk dəfə deyil, hansısa icra başçısı həm də vəzifədə olan digər yaxınına da problem yaradır. Məsələn keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov məhz İsmayıllıda başçı olan qardaşının yaratdığı problemin ardından ona olan etimadı qoruya bilmədi. İndi isə Mərdan Camalov öz doğma qardaşını - kifayət qədər nüfuzlu fiqur hesab olunan Müdafiə Sənayesi Naziri Yavər Camalovu da çətin duruma salmaqdadır... Bütün bu iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq... Əlavə bilgilərimiz olacaq. Bizi izləyin... Geri qayıt |