Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Fədail Rəhimovu hansı generallar himayə edir?
Fədail Rəhimovu hansı generallar himayə edir?26-08-2015, 12:23 |
Yeni dərs ilinin başlanması valideynlərin qayğısını artırmaqla yanaşı, ölkə mətbuatına da mövzular verəməkdədir. Həmin ənənəvi mövzulardan biri isə respublika üzrə məktəbli formalarının yeganə istehsalçısı olan Bakı Tikiş Evinin yarıtmaz fəaliyyəti ilə bağlıdır. Məlumat üçün bildirək ki, ötən saylarımızda Bakı Tikiş Evinin bu gəlirli sahəni inhisara almasından və adıçəkilən müəssisədə baş alıb gedən korrupsiya hallarından bəhs etmişdik. “Unikal” qəzetinin redaksiyasına daxil olan yeni məlumatlar isə mövzuya təkrarən qayıtmağımıza səbəb oldu. Özündə Bakı Tikiş Evinin ilginc maxinasiyalarını əks etdirən həmin məlumatlarda iddia edilir ki, əslində BTE iddialarının əksinə olaraq məktəbli formalarının tikilməsi üçün parçanı türkiyədən yox, Çindən alır. Bununla bağlı “Unikal”a danışan mənbənin sözlərinə görə, təkcə bu maxinasiyadan Bakı Tikiş Evinin rəhbəri Fədail Rəhimov küllü miqdarda vəsait qazanır: “Bakı Tikiş Evinin rəsmiləri dəfələrlə bəyan ediblər ki, parçanı Türkiyədən gətirdirlər. Amma bu heç də belə deyil. Əgər parça həqiqətən də Türkiyədən alınsaydı o zaman məktəbli formaklarını 45 manata satışa çıxartmaq Bakı Tikiş Evinə sərf etməzdi. Əslində isə alıcılara “türk malı” kimi sırınan həmin parçalar Çindən çox ucuz qiymətə alınır, tikildikdən sonra bazara 45 manata təqdim olunan məktəbli formalarının isə maya dəyəri çox aşağıdır. Elə bunun da nəticəsində Fədail Rəhimov hər mövsümdən kifayət qədər gəlir götürür”. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin parçaların Türkiyədən deyil, məhz Çindən gətirilməsindən xəbərdar olduğunu bildirən mənbəmiz tərəflərin anlaşdığını iddia edir: “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşları Bakı Tikiş Evində yoxlamalara başlasa təkcə bu yox, digər şok maxinasiyaların da üzərinə işıq düşər. Amma görünür, komitə sədriRamiz Həsənovla BTE sədri Fədail Rəhimovun dostluğu belə yoxlamaların keçirilməsini imkansız edir”. Daxil olan məlumatdakı daha ilginc məqam isə Fədail Rəhimovun ölkədə kifayət qədər böyük nüfuza və təsirə malik olan generalların adından istifadə etməsi ilə bağlıdır. Belə ki, Bakı Tikiş Evinin rəhbəri həmin generalların ona “krışalıq” etdiyini və bu səbəbdən də kimsədən çəkinmədiyini iddia edir. Biz isə həmin generalların kimsəyə “krışalıq” etmədiyini, sadəcə olaraq Fədail Rəhimovun öz haqda “güclü şəxs” obrazı yaratmağa çalışdığını düşünürük. Hətta hansısa generalın Fədail Rəhimovu himayə etməsi faktı varsa belə bu heç nəyi dəyişmir. Hər halda ölkə prezidenti İlham Əliyev məlum müşavirədə kimlərinsə kimlərəsə “krışalıq” etmək cəhdlərindən xəbərdar olduğunu və bunun yolverilməzliyini vurğulayıb. Hesab edirik ki, prezidentin bu mövqeyi hər kəsə xəbərdarlıq olmalı və onlar kimlərəsə “krışalıq” etməklə sahibkarlığın inkişafına əngəl törətməməlidir. Halbu ki, Bakı Tikiş Evi məktəbli formalarını istehsal edən inhisarçı qurumdur və bu sahədə monopoliya yaradıb. Bakı Tikiş Evinin rəhbərliyinə qarşı irəli sürülən ittihamlardan biri isə vergidən yayınma ilə bağlıdır. Hər mövsümdə 100 mindən artıq məktəbli forması istehsal edən və 45 manata satan BTE-nin bu işdən götürdüyü məbləğ 4 500 000 (4 milyon 500 min manat-red) manatdır. Amma BTE bu qazancın müqabilində dövlətə nə qədər vergi ödədiyini açıqlamır. Hesab edirik ki, bu məqam araşdırılarsa ortaya böyük yeyinti faktları çıxa bilər. Geri qayıt |