Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > GDU-nun rektoru YAP-ın tədbirində yatdı

GDU-nun rektoru YAP-ın tədbirində yatdı


24-08-2015, 13:13
GDU-nun rektoru YAP-ın tədbirində yatdı
Bu gün Gəncə şəhərində hakim Yeni Azərbaycan Partiyasının (YAP) geniş yığıncağı keçirilib. JAM.AZ-a verilən məlumata görə, tədbirə baş nazirin müavini, habelə partiyanın sədr müavini Əli Əhmədov iştirak edib.

Qeyd edək ki, mütəmadi olaraq keçirilən tədbirlərdə həmin ərazi üzrə partiyanın bütün məsul şəxsləri, habelə ictimaiyyət nümayəndələri iştirak edir. Gəncədə keçirilən tədbirdə də belə olub. Amma…

JAM.AZ xəbər verir ki, ölkənin ikinci paytaxtında təşkil olunmuş konfransa qatılan Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusifov heç nəyə məhəl qoymadan, yığıncaqda yuxulayıb. Bununla bağlı əlimizdə olan fotoşəkildən də aydın görünür ki, cənab rektora az qala yatmaq üçün yastıq belə lazım gəlirmiş.

Maraqlıdır ki, hər addımda YAP-dan, hakimiyyətdən, partiya rəhbərliyindən ağızdolusu danışan GDU-nun rektoru nə qədər yuxusuz olub ki, belə mühüm tədbirdə mürgüləməkdən belə çəkinməyib?

GDU-nun rektoru YAP-ın tədbirində yatdı


GDU-nun rektoru YAP-ın tədbirində yatdı
Geri qayıt