Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Baba Rzayevin adamları karxanalara yeni "racon kəsirlər"...
Baba Rzayevin adamları karxanalara yeni "racon kəsirlər"...7-08-2015, 11:59 |
Yeni aldığımız məlumatlarda son vaxtlar Qaradağ rayonu ərazisində yerləşən bir çox kommersiya obyektlərinin və xüsusilə də daş karxanalarının əsil qəniminə çevrilmiş daha bir məmurun törətdiyi özbaşınalıqlar barədə açıqlamalar təqdim edilir. Həm də maraqlıdır ki, bu məmur nə icra hakimiyyətində, nə də digər bir hökumət orqanında işləmir. Məlumatda bildirilir ki, Ruslan adlı bu şəxs “Azərişıq” ASC-nin Qaradağ RETSİ-də hansısa bir vəzivə tutur. Amma bununla belə, Ruslan böyük ehtimalla nəinki işlədiyi idarədə, hətta ümumilikdə ASC-də qeyri-məhdud səlahiyyətlərə malikdir. Bu səlahiyyətlərin ona kim tərəfindən verildiyi barədə bir qədər sonra fikir bildirərik. Hələlik isə, demək lazımdır ki, aldığımız məlumatlarda Ruslanın Qaradağda fəaliyyət göstərən sahibkarların başına min-bir oyun açdığı iddia olunur. Bildirilir ki, Ruslan rayonun daş karxanalarına elektrik enerjisinin verilməsini tam nəzarətdə saxlayır. Həm də bu vəziyyətdən şəxsi mənfəəti üçün geninə-boluna yararlanır. Məlumatda qeyd olunur ki, hər ay karxanalarla “haqq-hesab çəkməyə” gələn Ruslan, bu müəssisələrdə quraşdırılmış elektrik sayğaclarının göstəricilərindən başqa, obyekt sahiblərindən əlavə olaraq 1500-2000 manat civarında pul tələb edir. Əlbəttə, kimsə düşünə bilər ki, Ruslan tələb etməyində olsun, sahibkarlar da bu pulu ödəməməkdə. Amma reallıqda məsələ tam fərqlidir. Belə ki, Ruslanın “əlavə sərfiyyat” adlandırdığı bu “rüsum” ödənilməyincə, həmin müəssisəyə elektrik enerjisinin verilməsi dərhal dayandırılır. Həm də bu zaman artıq məsələyə hətta Qaradağ RETSİ-nin rəhbərliyi səviyyəsində belə, heç kim müdaxilə edə bilmir. Eyni zamanda da, sahibkarlar iddia edirlər ki, bu xüsusda dəfələrlə “Azərişıq” ASC-nin rəhbərliyinə müraciət olunsa belə, bütün bunlardan heç bir nəticə hasil olmamışdır. Ruslan özü isə karxana sahiblərinə bu barədə bildirib ki, ona bu səlahiyyəti verən adamlar, “Azərişıq” ASC-nin sədri Baba Rzayevdən qat-qat güclü insanlardır. Qeyd edək ki, aldığımız məlumatlarda Ruslanın arxasında duran şəxslərin kimliklərinə dair konkret açıqlamalar verilmir. Lakin bununla belə müəyyən mülahizələr irəli sürülür. Amma bu mülahizələri əsaslandırmaq üçün gərək haşiyədən bir qədər kənara çıxaraq, Ruslanın işdən və karxanalardan kənarda keçirdiyi şəxsi həyatına kiçik bir müdaxilə edək. Aldığımız məlumatlarda bildirilir ki, rayonun karxanalarından və digər müəssisələrindən əldə etdiyi vəsaitlər hesabına Ruslan özü də bu gün bir çox kommersiya obyektlərinin sahibinə çevrilmişdir. Bu obyektlərdən fəaliyyəti xüsusilə maraq doğuranı isə, Badamdar qəsəbəsində yerləşən iki mərtəbəli restorandır. Əgər günün hər hansı saatında, bu obyektin qarşısında Ruslana məxsus “BMW X-6” və ya son model “Mersedes ML” markalı avtomobillərdən birini görsəniz deməli o, özü də restoranda öz sevimli guşəsində oturub və öz sevimli qəlyanını çəkməklə məşğuldur. Restoranın fəaliyyətinə gəlincə, açıqlamalarda bildirilir ki, bu obyektə hər gecə şəhərin bir çox imkanlı adamları məhz qumar oynamaq üçün yığışırlar. Həm də bu zaman masaya qoyulan pullar nə yüz, nə də min manatlarla hesablanmır. Bundan başqa isə iddia olunur ki, bəzi xüsusi müştəriləri daha çox razı salmaq üçün, Ruslan bu obyektə şəxsən özü əxlaqsız qadınlar da dəvət edir. Lakin bütün bunlar məsələnin yalnız bir üzüdür.Mənbələrin verdikləri açıqlamaya görə, bu restoranda baş verən ən diqqətəlayiq məqamlardan biri ondan ibrətdir ki, burada vaxtaşırı kriminal aləmin nümayəndələrinin toplantıları keçirilir. Həm də bildirilir ki, bu toplantılarda kriminal aləmin nüfuz sahibləri müəyyən mühüm qərarlar da qəbul edirlər. Etiraf edək ki, məhz bu iddiaların həqiqətə nə dərəcədə uyğu olduğuna dair dəqiq bilgimiz yoxdur. Amma məlumatı təqdim edən mənbələr Ruslana yuxarıda göstərilən “səlahiyyətlərin” də məhz həmin restoranın müəyyən müştəriləri tərəfindən verildiyini ehtimal edirlər... Geri qayıt |