Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > İki Laçın sakini səfirliklərdən sığınacaq istəyir

İki Laçın sakini səfirliklərdən sığınacaq istəyir


3-08-2015, 11:29
İki Laçın sakini səfirliklərdən sığınacaq istəyir
«Biz laçınlı məcburi köçkünlər Laçın Təhsil Şöbəsinin müdiri Malik Vəliyevin əlindən cana doymuşuq. Nəticədə qanunsuzluqlar üzündən hüquq və azadlıqlarımız kobudcasına pozulub» . Bu sözlər Laçın rayon sakinləri Baxış Baxışov və Vüqar Ağayarovun JAM.AZ-a göndərdikləri şikayət məktubundandır.

Onlar bildirirlər ki, Malik Vəliyevin əməllərindən zərər çəkmişlər məsələni mətbuata çıxardıqdan sonra müxtəlif işgəncələrə məruz qalmaqla yanaşı, həm də məhkəmələrə verilərək susdurulur. «Təhsil şöbəsinin müdiri yuxarı dairələrdə söz sahibi olan daydayılarına arxayın olaraq, şikayətçilərin şərəf və ləyaqətini təhqir edir. Məsələn M.Vəliyev mətbuata bildirir ki, Ağayarov Vüqar Ziyatxan oğlu Laçın rayonun Ağgöl ümumiorta məktəbin sabiq direktoru H.İbrahimovun üstünə silah çəkdiyi üçün 1 il 8 ay icrabi işə məhkum edilib. Halbu ki, M.Vəliyevin və daydayılarının canfəşanlığı sayəsində Ağcabədi rayon məhkəməsi V.Ağayarovu bu qondarma cinayət işinə görə 1 il islah işləri cəzasına məhkum etsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kollegiyasının 13 may 2015-ci il tarixli qərarı ilə həmin hökm ədalətsiz çıxarıldığı üçün ləğv edilib. Onu da xüsusiylə qeyd edək ki, Ağayarova Sənəm Kamil qızını Ağgöl məktəbinin direktoru qanunsuz işdən azad etdiyi üçün Laçın rayon məhkəsinin 24.09.2014-cü il tarixli 2(047)-521/2014 saylı qərarı ilə işsiz qaldığı dövrün əmək haqqısı verilmək şərti ilə iş yerinə qaytarılsa da, M.Vəliyev Azərbaycan Dövləti adından çıxarılmış bu qərarın icrasına imkan vermir».

Şikayətçilər qeyd edirlər ki, Laçında Vəliyevin «Dinmə ver» adlı vergisi var. «Bu vergidən yayınan məktəb direktorları isə müxtəlif yollarla cəzalandırılır. Hətta belə məktəblərin bəzilərinin dərnək saatları üçün nəzərdə tutulmuş maliyyə buraxılmır. Lakin bu vergini can başla ödəyən məktəb direktoru istər yaşa görə, istərsə də digər səbəblərə görə, vəzifəsindən uzaqlaşdırıldıqda ya həyat yoldaşı, ya oğlu, ya qızı, ya da gəlini həmin vəzifəyə təyinat alır».

Şikayətçilərdən biri Vüqar Ağayarov qeyd edir ki, o, ikinci dəfə köçkünlük həyatını məhz Vəliyevin tətbiq etdiyi «Dinmə ver» vergisini vermədiyi üçün yaşayır. Həmçinin Digər şikayətçi Baxış Baxışov da Şeylanlı kənd 2 saylı orta məktəbdə müəllim işlədiyi dövrdə Təhsil Şöbəsinin müdirinin vergisindən yayındığı üçün cəza alıb. «Belə ki, B.Baxışovun və müəllimə işləyən gəlini Yunusova Billurə Adıgözəl qızının əmək müqaviləsi gizlədilərək məzuniyyətdən məhrum ediliblər.Hal-hazırda həmin məsələ rayon prokurorluğunda araşdırılır».

Baxışov və Ağayarov bildirir ki, M.Vəliyev Laçın RTŞ-də müdir işlədiyi dövrdə müəllimlərin əmək haqqı tariflərini də cibinə görə müəyyən etdirir. «Hətta dəniz səviyyəsindən yüksəkliyə görə əmək haqqıya əlavə olunan 20-30% -də ikili standartlar əsasında buraxılır. Belə ki, M.Vəliyevin "dinməver" vergisində fəal iştirak edən müəllimlər yaşından və Rayon ermənilər tərəfindən işğal edilənədək heç bir yerdə işləməməsindən asılı olmayaraq yüksəklik ödənişi ilə təltif edilirlər».

Sözügedən şəxslər öz haqlarını qoruduqları zaman hüquqlarının tapdandığını, şikayətlərinə heç kimin baxmadığını bildirərək,
xarici səfirliklərdən sığınacaq istəmək məcburiyyətində qaldıqlarını deyirlər.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Geri qayıt