Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > İşçiləri cücə yerinə də qoymayan boryler...
İşçiləri cücə yerinə də qoymayan boryler...30-07-2015, 12:07 |
Artıq bir neçə müddətdir ki, ölkə mətbuatında yayımlanan məlumatlarda 1984-cü ildən istifadəyə verilən və təyinatına görə ölkənin ən iri ətlik istiqamətli quşçuluq təsərrüfatı olan “Siyəzən Broyler” ASC-nin məhsullarının əksəriyyətinin kimyəvi dərmanlar hesabına araya-ərsəyə gətirildiyi və ASC-də bir sıra neqativ halların yaşandığı diqqət mərkəzinə gətirilir. Bu xüsusda müxtəlif mənbələr tərəfindən təqdim edilən açıqlamalarda bildirilir ki, hazırda “Siyəzən Broyler” ASC-də qeyri-normal vəziyyət hökm sürür.İddialara görə, müəssisədə xəstə quşların hər hansı laboratoriya nəzarətindən və yoxlanışından keçirilmədən təkrar yem kimi istifadə olunması hallarına geniş yer verilir: “Fabrikdə müxtəlif səbəblərdən xəstə quşlar, hər hansı bir laboratoriya nəzarətindən və yoxlanışından keçirilmədən təkrar yem kimi istifadə olunur. Yəni digər toyuqlara yedizdirilir. Halbuki, baytarlıq təlimatına əsasən bu və ya digər səbəbdən ölmüş quşları yalnız yüksək temperaturda yandırdıqdan sonra, onların külünü digər yem növlərinə müəyyən olunmuş miqdarda qataraq təkrar yem kimi istifadə etmək olar. Bu isə onu deməyə əsas verir ki, bu quşçuluq fabrikinin məhsulları keyfiyyət sarıdan çox problemlidir...” Həmçinin açıqlamalarda ASC-də istehsal olunan toyuq əti məhsullarının keyfiyyət baxımından müasir standatlara cavab vermədiyi iddia olunur. Qeyd edək ki, bu gün əhali arasında da bu müəssisənin istehsal etdiyi quş əti məhsullarına münasibət heç də birmənalı deyil. “Siyəzən Broyler”in istehsal etdiyi məhsulların qoxusu bir çox mətləblərin açarıdır. Yəni ASC-nin müxtəlif dükanlarda istehlakçılara təqdim olunan məhsullarına qoxudan yaxınlaşmaq mümkün deyil. Bir sıra digər broyler toyuqlarında isə nədənsə belə qoxu olmur. Böyük ehtimalla, bu hal “Siyəzən Broyler”in yetişdirdiyi toyuqların müxtəlif kimyəvi dərmanlar vasitəsilə tez böyüdülməsilə bağlıdır.Digər tərəfdən isə redaksiyamıza yeni daxil olmuş daha bir məlumatda “Siyəzən Broyler” quşçuluq fabrikində ölkənin əmək məcəlləsinin qanunlarının da kobud şəkildə pozulduğu, burada çalışan vətəndaşların haqsız istismara və kobud davranışa məruz qoyulduğu bildirilir. Belə ki, bir müddət əvvəl fabrikdə mercendayzer vəzifəsində işləmiş vətəndaş Xanəliyeva Vidanə Ələmdar qızı tərəfindən imzalanmış şikayət ərizəsində qeyd olunan faktlar, fabrik rəhbərliyi tərəfindən əmək qanunvericiliyinin tələblərinin və burada çalışanların hüquqlarının kobud şəkildə pozulduğuna dəlalət edir. Ərizədə bildirilir: “Mən, Xanəliyeva Vidanə Ələmdar qızı 2015-ci il dekabr ayının 1-dən “Siyəzən Broyler” quşçuluq fabrikində toyuqların satıcısı, daha dogrusu firma işçisi kimi işə başladım. May ayının 28-dək fabrikin merçendayzeri kimi çalışdığım müddətdə heç bir nöqsana yol vermədim. Bir müddət sonra, həm nənəmin rəhmətə getməsi, həm də ailə özümün həyatı qurmağım səbəbindən işdən çıxmaq məcburiyyətində qaldım. Onu da deyim ki, nə işə qəbul olunarkən, nə də işdən çıxanda haqqımda firma heç bir inzibatı qeydiyyat aparmayıb. Gündəlik yol xərci və yemək pulu 1,5 manat elədiyi halda, bunları da öz hesabına etmişəm. Qeydiyyatsız və müqaviləsiz işə götürmək isə firmanın Əmək Məcəlləsinin müvafiq bəndini kobudcasına pozması deməkdir. Mən üzürlü səbəbdən işdən çıxmağımı aidiyyatı olan rəhbərliyə, Zaur və Ceyhun adlı səxslərə bildirdikdə, onlar məni təhqir edərək, nalayiq ifadələr işlətdilər. Deməklərindən belə göründü ki, guya mən ailə həyatı qurmaq üçün onlardan xüsusi razılıq almalıyam. Əlavə etdilər ki, sənə pul düşmür. Bu sözləri isə, mənə çatacaq 150 manat halal əmək haqqımı tələb etdikdə bildirdilər – “əlin hara uzundur, get ora qoy”dedilər...” Göründüyü kimi, şikayətçi vətəndaş şirkət rəhbərlərini cox ciddi hüquq pozuntularında təqsirləndirir. Düşünürük ki, bu kimi özbaşınalıqlara yol vermiş müəssisə rəhbərlərinin ümumilikdə fəaliyyətlərinin müvafiq qurumlar tərəfindən yoxlanılması məqsədəuyğun hesab olunmalıdır. Bununla belə, qarşı tərəfin də məsələyə münasibətini öyrənməyə hazırıq. Geri qayıt |