Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Ziya Məmmədovun qoçularından daha bir özbaşınalıq

Ziya Məmmədovun qoçularından daha bir özbaşınalıq


28-07-2015, 13:06
Ziya Məmmədovun qoçularından daha bir özbaşınalıq
Ziya Məmmədovun "qoçuları" haqqında çox yazılıb, əməlləri haqqında çox deyilib. Yəni Nəqliyyat Departamentinin qoluzorlu, mədəni davranışdan uzaq, əksəriyyəti bir qram da olsun savada, məmur ədasına malik olmayan işçiləri haqqında bir faktı da mən yazım. Deməli bu gün bir qohumumuz azyaşlı uşağı ilə rayondan Bakıya gəlib. Bakının "Şamaxinka" adlanan ərazisində, "baqajında" müxtəlif usta alətləri və pal-paltar olan maşınını saxlayıb. Azyaşlı uşaq maşında qalıb, atası gedib aptekə. Gəldiyində görüb ki, Nəqliyyat Departamentinin "qoçuları" avtomobili sürüb aparıblar cərimə meydançasına. Uşaq da maşının içində, qorxudan cərimə meydançasına kimi ağlamaqdan bağrı çatlayıb. Əsas da bu gətiriblər ki, sən taksi fəaliyyəti ilə məşğulsan. Qohumum başa sala bilməyib ki, 5 oturacağı olan avtomobilin, arxa oturacaqlarında rayondan gətirdiyi usta alətləri və, pal-paltar, qabaq oturacaqda isə uşaq əyləşib. Belə halda taksi fəaliyyəti necə göstərə bilərəm. Xeyri olmayıb. İndi deyirlər ki, maşını cərimə meydançasından azad etmək üçün rüsumda nəzərdə tutulmuş məbləği ödəməlisiz.
Ziya Məmmədovun bu dəstəsinin belə əməlləri birinci dəfə deyil. Bu qoçular dəfələrlə qanuni taksi fəaliyyəti göstərən insanları incidiblər, ölüm həddinə çatana kimi döyüblər. Bütün qanunsuz nə varsa bunlar ediblər. Amma bir "dur!" deyən olmayıb. Nazirliyin mətbuat xidmətinin rəisi, bizim həmkarımız, bayram şəkərburası kimi ildə bir dəfə hansısa telekanala çıxan Namiq Həsənov həmişəki kimi telefonuna cavab vermir ki dərdimizi deyək. Nazirliyin şikayətlər üçün yaratdığı "Qaynar xətt" nömrələri isə ümumiyyətlə işləmir. İndi biz sadə vətəndaşlar dərdimizi kimə deyək?

Ziya Məmmədovun qoçularından daha bir özbaşınalıq
Ziya Məmmədovun qoçularından daha bir özbaşınalıq

Geri qayıt