Əsas Səhifə > Güney Press, Şou-biznes > Efirdən uzaqlaşan Günay Rəhimova: "Onların halına acıyıram"

Efirdən uzaqlaşan Günay Rəhimova: "Onların halına acıyıram"


25-07-2015, 10:50
Efirdən uzaqlaşan Günay Rəhimova: "Onların halına acıyıram"
Dia.az-ın məlumatına görə, teleaparıcı Günay Rəhimova Milli.Az-a müsahibə verib. Müsahibəni təqdim edirik:

- Günay xanım, uzun müddətdir ki, efirdən uzaqdasınız. Təkliflər almısınız? Qayıtmaq fikriniz yoxdur? TV-dən bu qədər uzaq düşmək sizin əleyhinizə işləmir, sizcə? Tamaşaçılar tərəfindən unudulmaqdan qorxmursunuz?

- Bəli, artıq yeddi aydır ki, efirdə deyiləm. Bu müddət ərzində, əlbəttə ki, çox təkliflər oldu, indi də var (gülür). Efirdən uzaqlaşdığım ilk aylar ərzində ümumiyyətlə çalışmaq istəmirdim. Düşündüm ki, iki-üç ay yaxşıca istirahət edim. Getdikcə gördüm ki, bu istirahətin müddəti uzanır. Qayıtmaq fikrim, əlbəttə, var. Artıq bu yöndə təkliflərdən birini dəyərləndirməyi qərara almışam. Düzdür, efirdən uzaqlaşmaq aparıcı üçün müsbət hal kimi qiymətləndirilmir, amma mənə elə gəlir ki, uğurlarını yeniləmək üçün gedib yeni dönüş etmək gərəkdir. Vəfalı tamaşaçılarım məni bu gün də axtarır və gözləyirlər (gülür).

- Televiziya kanallarında boşluqları nədə görürsünüz?

- Həm aparıcı kimi, həm də bir tamaşaçı kimi ətrafımızda başlıca olaraq peşəkarlıq səviyyəsinin azlığı narahatlıq doğurur.

- Hər bir insanın özünə görə prinsipləri olur. Sizinkilər hansılardır?

- Dürüstlük, güclü iradə və mübarizə...

- İndi gəlir yeriniz haradır? Başqa yerdə işləyirsiniz?

- Mənim gəlir yerim həmişə olub. Var olsun valideynlərim, imkan verməyiblər ki, mən nə maddi, nə də mənəvi sıxıntı çəkim. Xeyr, başqa heç yerdə işləmirəm.

- Günay Rəhimova olaraq siz öz simanızı necə qoruyub saxlaya bilmisiniz?

- Səmimiyyətim və özüməməxsus efir etikamla...

- Nəyi möcüzə hesab edirsiniz?

- Möcüzələr həmişə baş verir. Baxır ki, nəyi möcüzə hesab edirsən.

- Gəlinlik paltarı geyinən qızlara həsədlə baxdığınız zamanlar olub?

- Məncə, bu, hər bir subay xanımın arzusudur. Hər şeyin öz vaxtı var (gülür).

- Dildən itisiniz?

- Dildən də itiyəm, əldən də.

- Sözdən söz çıxardanlara sözünüz nədir?

- Vaxtınıza heyfiniz gəlsin. Onların halına acıyıram...

- Kimlərə deməyə söz tapa bilmirsiniz?

- Hamıya deməyə həmişə sözüm var. Sözlə bağlı korluq çəkmirəm.

- Efir mədəniyyətini qorumaq üçün başlıca amil nədir?

- Başlıca amil özün. Bu, efirdə olan hər kəs üçün olduqca əhəmiyyətlidir. Tamaşaçı efirdən hər şeyi çox gözəl sezir.

- Hansı hadisənin məntiqi sonluğu sizi qane etməyib bu vaxta qədər?

- Haqsızlığın zəfəri məni heç vaxt qane etmir.

Efirdən uzaqlaşan Günay Rəhimova: "Onların halına acıyıram"
Efirdən uzaqlaşan Günay Rəhimova: "Onların halına acıyıram"

Geri qayıt