Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Aydın Əliyev işsiz qala bilər: Gömrük komitəsi ləğv olunur?
Aydın Əliyev işsiz qala bilər: Gömrük komitəsi ləğv olunur?15-07-2015, 13:03 |
Dövlət Gömrük Komitəsinin ləğv edilməsi, səlahiyyətlərinin bir qisminin ASAN xidmətə, bir qisminin isə Vergilər Nazirliyinə verilməsi nəzərdə tutulur. Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub. Mənbə bildirir ki, bununla bağlı prezident fərmanı artıq hazırdır və yaxın günlərdə elan ediləcək. Gömrük sisteminin həddən artıq korrupsiyalaşması, o biri tərəfdənsə neft gəlirlərinin azalması fonunda iqtisadiyyatın liberallaşdırılmasına zərurətin ortaya çıxması gömrük xidmətinin indiki strukturunun ləğvi və yenidən qurulmasını qaçılmaz edir. İstiqlal.az xatırladır ki, hələ 1 il öncə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev gömrük yüklərinin bəyan edilməsinin ASAN xidmətə verilməsi layihəsinin mövcud olduğunu bildirmişdi. Geri qayıt |