Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Hacı İbrahimi pulunu mənimsəməkdə ittiham edən sahibkardan ilginc müraciət...

Hacı İbrahimi pulunu mənimsəməkdə ittiham edən sahibkardan ilginc müraciət...


3-07-2015, 12:44
Hacı İbrahimi pulunu mənimsəməkdə ittiham edən sahibkardan ilginc müraciət...
DİA.AZ: - Az əvvəl tanınmış iş adamı, “Avesta” konserninin prezidenti, Hacı İbrahim Nehrəmlinin “Beynəlxalq Bank olayı” ilə bağlı ətrafında baş verən qalmaqalda ilginc gəlişmənin xəbəri yayıldı. Məlumatda deyilirdi ki, borcunu qaytara bilməyən iş adamı ona məxsus “Xəzər Adaları”nı borcunun bir hissəsi kimi banka təklif edib.

Qeyd edək ki, onun Beynəlxalq Bankdan külli miqdarda (təxminən 57 milyon dollar) aldığı krediti geri qaytara bilməməsi barəsində həbs qətiimkan tədbiri seçilməsinə səbəb olmuşdu.

Ölkə medıasının yaydığı xəbərlərdə iş adamının 2015-ci il 12 may-27 may tarixləri arasında DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin təcridxanasında saxlanıldığını bildirilirdi. May ayının 27-də isə Hacı İbrahim Nehrəmlinin azadlığa buraxıldığı məlum oldu.
Biznesmen elə həmin gün mətbuata verdiyi açıqlamada bütün borcunu ödədiyini və ona görə də sərbəst buraxıldığını bildirmişdi.

Sonradan məlum oldu ki, vəziyyət heç də Nehrəmlinin açıqladığı kimi deyil. Belə ki, o, Beynəlxaq Banka olan borcunu tam şəkildə ödəyə bilməyib və nəticədə Hacı İbrahim adalardan vaz keçəsi olub.

DİA.AZ-a açıqlama verən qazaxlı iş adamı, Hacı İbrahim Nehrəmlinin fırıldaq yolu ilə yarım milyon manata yaxın vəsaitini mənimsədiyi Elşad Məmmədov isə qəribə bir müraciətdə bulundu.

Haqqı tapdanan sahibkar deyir ki, o, bu gün Hacı İbrahimin taleyindən narahatdır: "Hər yerdə deyirdi ki, adalar onun həyatıdır, adalarla nəfəs alır. Hətta səhər-səhər adalara baxaraq konyak içdiyini, gecələr adalara baxaraq xısın-xısın ağladığnı da deyirdi".

Bunları xatırladan qazaxlı sahibkar dia.az-a açıqlamasında əlavə edir: "İndi adamın adalarını əlindən alıblar. Başına hər cür iş gələ bilər. Xahiş edirəm, onu qorusunlar ki, mən də fırıldaq yolu ilə əlimdən aldığı pullarımı geri ala bilim".

Geri qayıt