Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Xaləddin İsgəndərov özünü bu şəkildə müdafiə edir

Xaləddin İsgəndərov özünü bu şəkildə müdafiə edir


29-06-2015, 14:45
Xaləddin İsgəndərov özünü bu şəkildə müdafiə edir
Uzun müddətdir ki, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun fəaliyyəti və rayonda yaratdığı acınacaqlı vəziyyət medianın gündəmindən düşmür.

Arqument.Az-ın apardığı araşdırmalar nəticəsindən məlum olub ki, icra başçısı son günlər düşdüyü çətin durumu pərdələmək üçün İcra Hakimiyyətində və rayondakı dövlət idarələrində çalışan məmurların yaxın qohumlarına "zəhmətkeş məktubları" yazdırır. O, bununla yuxarı dairələri aldatmaq, Binəqədidə vəziyyətin heç də deyildiyi və yazıldığı kimi ağır olmadığını göstərmək istəyir.

Əldə etdiyimiz məlumata görə, belə məktublardan birini də köməkçisinin atasına yazdırtdırıb.

Qeyd edək ki, bir müddət əvvəl tia.az saytında Eldar Şahgəliyevin adından yazılan zəhmətkeş məktubunda Xaləddin İsgəndərovun "əməlləri" təqdir olunur. Hətta həmin "zəhmətkeş məktubu"nda X.İsgəndərov ölkənin ən yaxşı məmurlarından biri kimi təqdim edilir.

Arqument.az –ın apardığı araşdırmalar göstərir ki, Eldar Şahgəldiyev Xaləddin İsgəndərovun köməkçisi (baş mütəxəssis) Şəbnəm Şahgəliyevanın atasıdır. Xaləddin İsgəndərov "izi" itirmək üçün bir müddət İcra Hakimiyyətinin rəsmi internet səhifəsində Şəbnəm Şahgəliyevanın soyadını dəyişdirərək Süleymanlı soyadı ilə əvəz edib. Sonradan icra başçısının köməkçinin adı yenidən Şəbnəm Şahgəldiyeva kimi qeyd olunub.

Dia.az faktları təqdim edir:

Xaləddin İsgəndərov özünü bu şəkildə müdafiə edir
Xaləddin İsgəndərov özünü bu şəkildə müdafiə edir
Xaləddin İsgəndərov özünü bu şəkildə müdafiə edir

Geri qayıt